Dəfnə yarpağı haqqında

Müəllif: Pure Love
Şərhlər: 7
Baxılıb: 3 297
Səs ver:
(səs: 0)
Möcüzəvi və ölümsüz bitki olaraq şöhrət tapan dəfnənin ana vətəni Türkiyədir. Hər vaxt yaşıl olan bu ağacın yarpaqları bəzən barışı bildirmiş, bəzən zəfəri, bəzənsə gözəlliyi. Tarixin dərinliklərində Romanı fəth edən imperatorların başında da dəfnə çələnglərini görürük. Bəzək bitkisi olaraq da mətbəxdə də, kosmetikdə və əczaçılıqda da istifadə edilir. Adını isə bir əfsanədən alıb. İşıq Tanrısı Apollon, çay kənarında 'Daphne' adında çox gözəl bir qız görmüş və görər görməz aşiq olmuş. Daphne isə Tanrının özünə olan marağını anlayınca qorxub qaçmağa başlamış. Apollon onu elə bir qovmuş ki qaça bilməyəcəyini anlayan Daphne, ayağı ilə torpağı qazıyıb, 'Ey torpaq ana, məni qoru, məni ört!' demiş və oracıqda torpağa kök salıb bir dəfnə ağacı olmuş.

Dəfnənin tibbi və kosmetik məqsədli istifadə edilən qismi yarpağı və yarpağından əldə edilən uçucu esansiyel yağdır. Orta çağda yarpaqları vəba xəstəliyinə qarşı istifadə edilərkən daha sonra yarpaqlarından əldə edilən yağlarla gözəllik sabunları haırlanmışdı. Dəfnə yağı, yağ turşuları, esansiyel və sabit yağlardan meydana gəlir, çox qüvvətli antioksidant və antiseptik, yəni mikrob öldürücü xüsusiyyətə sahibdir. Dəfnə yağı revmatik xəstəliklərdə masaj yağı içərisində lokal olaraq istifadə edildiyində çox fayda verər. Yanğı və ağrı aradan qaldırıcı, spazm həll edici xüsusiyyətə malikdir.

Antiseptik və nəmləndirici xüsusiyyəti olan dəfnə sabununun nizamlı istifadə edilməsi saç kəpəklənmələrini və saçda göbələk meydana gəlməsinin qarşısını alar.Əgər kəpəklənməyə bağlı saç tökülməsi varsa ona da yaxşı gəlir. Sadəcə istifadə etdiyiniz sabunun təbii yollarla əldə edilmiş gerçək dəfnə sabunu olduğundan əmin olmanız lazımdır. Gerçək dəfnə sabunu açıq qəhvərəngi - yaşıl rənglidir, qoxusu kəskindir.Dəfnə yarpaqları və meyvələrindən əldə edilən dəfnə yağının xüsusi üsullarla qaynadılmasıyla edilər.

Sızanaq üçün dəfnə maskası
Dəfnənin antiseptik gücünü, sızanaqlardan xilas olmaq üçün də istifadə edə bilərsiniz. 1-2 çay qaşığı quru, çəkilmiş dəfnə yarpağını 1 stəkan qaynar suda 10 dəqiqə gözlədin, daha sonra içərisinə məcun konsistensiyasına gələnə qədər gil qarışdırın və göz ətrafı xaric bütün üzünüzə sürtün, yarım saat sonra yuyub, gül suyu ilə silin. Həftədə 3 dəfə tətbiq edin, sızanaqlarınızın azaldığını görəcəksiniz.

Dəfnə möcüzəsi
1-2 çay qaşığı qurudulub üyüdülmüş dəfnə yarpağını 1 stəkan qaynar su içində 10 dəqiqə gözlədin, içərisinə bir çay qaşığı dəfnə yağı, bir çay qaşığı da sızma zeytunyağı əlavə edin, saç diblərinə tətbiq edin, yarım saat gözlədib, təbii dəfnə sabunu ilə yuyun. Nizamlı olaraq həftədə bir dəfə tətbiq etsəniz kəpək probleminiz olmaz.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 3 297
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri