Xəstəliklərin müalicəsində istifadə edilən su bibəri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 4 515
Səs ver:
(səs: 0)
Su bibəri və qırmızıbaş qırxbuğum əkiz uşaqlara bənzəyirlər. Çox oxşar olduqlarına görə bəzən onları biri-birindən fərqləndirmək böyük çətinlik törədir. Təzə dərilmiş və qurudulmuş su bibəri istiot kimi yandırıcı və qıcıqlandırıcı dad verir, lakin qurudulandan sonra həmin xüsusiyyət tamamilə yox olur. Su bibərinin digər bir cəhəti rütubəti sevməsidir. Su bibərini öz "əkiz tayı" olan qırmızıbaş buğumdan fərqləndirən xüsusiyyətlərdən biri də yarpaqlarının xırdalığı və üst səthinin təmizliyidir. Ondan fərqli olaraq qırmızıbaş buğumun yarpaqlarının üst səthində qəhvəyi-qırmızımtıl rəngli xallar var.

Qadınla.Com bildirir ki, su bibəri çay, göl, kanal və bataqlıqların kənarında və rütubətli çəmənliklərdə bitir. İyul-avqust aylarında çiçəkləyir, sentyabrda meyvəsi yetişir. Dərman xammalı kimi çiçəkləmə dövründə toplanılıb qurudulan otundan istifadə olunur.

Qədim yunanlar və romalılar onu yaraları təmizləyən və şişləri dağıdan vasitə kimi tətbiq edirdilər. Şərqdə su bibəri xarici xəstəliklərin müalicəsində qıcıqlandırcı təsirə malik dərman kimi istifadə olunur və kəskin yandırıcı ədviyyat kimi yeməklərə qatılırdı. Orta əsrlərdə kimyagərlər onu sehrli bitki hesab edirdilər. Rusiyada su bibəri otunun çayı qanaxmalarda içilir, baş ağrılarında isə onun təzə otunun əzilmiş kütləsini ənsəyə qoyurdular. Xalq təbabətində malyariya, müxtəlif mənşəli səpki, şiş, və əziklər zamanı, sidik ifrazı çətinləşəndə onun bişirməsi müalicə vasitəsi kimi tətbiq edilir. Onun babasil əleyhinə yaxşı təsir göstərdiyi də sınaqdan çıxarılıb.

Elmi təbabətə keçən əsrin əvvəllərində daxil edilən su bibərinin dəmləmə, bişirmə və maye ekstraktı qankəsici təsirli vasitə tətbiq olunur. Məşhur rus həkimi N.P. Krivkov təcrübə nəticəsində onun xalq təbabətində tətbiqinin doğruluğunu təsdiq edib.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 4 515
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri