Dünyada 21 000 dərman bitkisi var

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 7 851
Səs ver:
(səs: 2)
Qədim hind rəvayətində deyilir ki, qocaman Loğman öz şagirdi Çarakiyə meşədən bir neçə faydasız bitki gətirməyi tapşırır. Şagirdi geriyə qayıdarkən Loğmana deyir: "Mən üç gün meşədə gəzib dolandım və heç bir faydasız bitkiyə rast gəlmədim".

Dərman bitkiləri haqqında ilk məlumatlara hələ eramızdan 6000 il əvvəl qədim şumerlərin əlyazmalarında rast gəlinir. Bu gün alimlər dünya xalqları tərəfindən 21 min növ bitkinin müalicə məqsədilə istifadə edildiyini müəyyənləşdirmişlər. Azərbaycan Respublikası dərman bitkiləri ilə zəngindir.

Mədəni və yabanı dərman bitkiləri. Ağac, kol və ya otşəkilli nümayəndələri olur. Bunlar yabanı və mədəni olmaqla iki qrupa bölünür:


a) yabanı dərman bitkiləri - çöllərdə, meşələrdə bitir. Bunlara itburnu, sürvə, kəklikotu, andız, çobanyastığı, çöl qatırquyruğu və bağayarpağı aiddir.

b) mədəni dərman bitkiləri - zəfəran, nanə, boranı, gülümbahar kimi bitkilər insanlar tərəfindən becərilir. Müalicə məqsədilə bir çox kənd təsərrüfatı bitkilərinin müəyyən hissələrindən (qarğıdalının saçaqları, heyva toxumları) istifadə edir. Azərbaycanın rəngarəng təbii şəraiti onun ərazisində xüsusi temperatur və rütubət tələb edən dərman bitkilərini lazımi miqdarda yetişdirməyə imkan verir. Məsələn, Abşeronda uzun illərdir zəfəran yetişdirilir.

Bitkilərin müalicəvi əhəmiyyəti: Zəfərandan ürək-damar, sinir, ifrazat sistemi xəstəliklərində geniş istifadə edilir. Balqabaq toxumundan qurd xəstəliklərinə qarşı, şəkərli diabetin, ürək, böyrək xəstəliklərinin müalicəsi zamanı istifadə edirlər.

Zəhərli dərman bitkiləri: Murdarça, dəlibəng, xanımotu, dəmirov otu, quşüzümü qiymətli dərman bitkiləri olsa da, onlarla qidalanma insanda ağır zəhərlənmələrə səbəb olur.
Məsələn, xanımotu ilə zəhərlənmə zamanı ürəkbulanma, qusma, göz bəbəklərinin böyüməsi kimi hallar baş verə bilər. Ona görə də tanımadığınız bitkiləri dadmaq olmaz. Belə bitkilərə toxunduqdan sonra əlləri mütləq yumaq lazımdır. Hətta bəzi bitkilərin şirəsi dəridən qana keçərək, zəhərlənmələrə də səbəb ola bilir.

Respublikamızda dərman hazırlamaq məqsədilə itburnu meyvələri, birəotu, kəklikotu, qaraqınıq, boymadərən yemişanın çiçək və meyvələri, palıd qabığı və s. toplanaraq müalicə məqsədi üçün istifadə edilir.
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 7 851
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri