Zeytun yarpaqlarından çay. 1001 faydası var!

Müəllif: Son Bahar
Şərhlər: 3
Baxılıb: 4 681
Səs ver:
(səs: 0)
Güclü müalicəvi qüvvəyə malik bu çay insult, Alsgeymer, şəkərli diabet, hipertoniya və ateroskleroz kimi xəstəliklərin qarşısını almaqda kömək edir.
Miçiqan Sağlamlıq İnstitutu tərəfindən aparılan tədqiqatlar nəticəsində bəlli olub ki, zeytun yarpaqlarının tərkibində olan oleuropein adlı maddə qanda şəkərin tənzimlənməsinə kömək edir. Belə ki, bu bitki şəkərli diabetin müalicəsi və profilaktikasında müsbət təsir göstərir.

Qadınla.Com bildirir ki, yaşıl çaya nisbətən zeytun ağacının yarpaqlarının tərkibində dörd dəfə artıq kaliy, maqniy, fosfor, selen, sink və mis var. Bu minerallar yüksək antioksidant təsiri göstərərək yaşlanma əleyhinə təsir göstərir, metabolizmi gücləndirərək piyin əridilməsinə və orqanizmdən mayenin çıxarılmasına kömək edir.
Düzgün qidalanma və mütəmadi fiziki hərəkətlə bərabər 3-4 ay ərzində hər gün 3-4 stəkan bu çaydan içməklə bir ay ərzində 6-8 kiloqram çəki itirmək mümkündür. Bundan əlavə bir çox elmi araşdırmalar nəticəsində zeytun ağacının yarpaqlarından hazırlanmış bu məhlulun enerjinin artırılması, arterial təzyiqin kontrolda saxlanılması ilə yanaşı ürək-damar sistemi, şəkərli diabet və Alsgeymer xəstəliklərinin profilaktikasında müsbət təsir göstərdiyi də sübut olunub.
Zeytun yarpaqlarının sağaldıcı təsir göstərdiyi hələ qədim zamanlardan bəllidir. Belə ki, qədim misirlilər tərəfindən bu bitkidən tibdə və faraonların mumifikasiya prosesində geniş istifadə olunub.

Ömrü təxminən 2000 il olan zeytun ağacları müqəddəs hesab edilir. Antibakterial, göbələk və virus əleyhinə təsirə malik bu ağaclardan hazırlanmış müxtəlif məhlullar kandidoz, meningit, ensefalit, qrip, herpes, hepatit, pnevmoniya, malyariya, Denge qızdırması, vərəm, diareya və müxtəlif infeksiyaların müalicəsində geniş istifadə edilir.
Bu bitkidən hazırlanmış çayın mütəmadi və vaxtında qəbulu ateroskleroz kimi xəstəliklərin inkişaf etməsinin qarşısını alır. Zeytun yarpaqlarının bu kimi müxtəlif müalicəvi xüsusiyyətləri elm adamlarının da diqqətini özünə cəlb edib.

Bu möcüzəvi çayı hazırlamaq üçün 500 millilitr su və 1 xörək qaşığı zeytun yarpağı lazımdır.
Qaynadılmış suya 1 xörək qaşığı zeytun yarpağı əlavə edilir. Hazır məhlul 20 dəqiqə bağlı qapaq altında saxlandıqdan sonra süzülərək içilir.
Hamilə və uşaq əmizdirən qadınlardan başqa hər kəs bu çaydan faydalana bilər.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 4 681
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri