Adaçayından faydalı reseptlər

Müəllif: arzum-aysum
Şərhlər: 3
Baxılıb: 4 162
Səs ver:
(səs: 0)
Qış aylarında bir çox insan tez-tez xəstə olar. Hələ ki uşaqlar tez-tez soyuqdəymə, qrip, öskürək kimi qış xəstəliklərinə tutular. Müxtəlif bitkilər və bitki çayları sayəsində bu tip qış xəstəliklərindən xilas olmaq mümkündür. Adaçayı, cökə çayı, gicitkən otu çayı, nanə limon çayı, sarıkök kimi bitkilərin çayları qış xəstəlikləri və soyuqdəymə üçün olduqca şəfalıdır. Xəstəliklərin öz özünə keçməsini gözləməyin, bu şəfalı çaylar sayəsində sizdə xəstəliklərdən xilas olun. Ya da xəstəliklərə tutulmamaq üçün, soyuqdəymədən özünüzü qorumaq üçün bu şəfalı və təsirli çayları içə bilərsiniz. Adaçayı da bu şəfalı çaylardan biridir. Xəstəliklərdən xilas olmanıza və xəstəliklərə asan asan tutulmamağa kömək edər.

ADAÇAYI NECƏ BİR BİTKİDİR?
Aralıq dənizi sahillərinin bitkisidir. Ölkəmizdə qışın sərt keçmədiyi bölgələrdə, bağçalarda da toxumlardan çıxarılar. Yüngül əhəngli, asan su keçirən, quru torpaqları sevər. Toxumları aprel və sentyabrda əkilər, günəşli yerlərdə yetişdirilməlidir. Şəfası kənarları tırtıllı, buruq görülən, açıq yaşıl yarpaqlarındadır. İyun iyul aylarında ümumiyyətlə mavi bənövşəyidən ağa qədər dəyişən rənglərdə çiçəklər açan, ortalama 50 sm boyunda gözəl qoxulu bir bitkidir. Bağçalarda bəzək bitkisi olaraq da yetişdirilməkdədir.

ADAÇAYININ TƏRKİBİNDƏKİ MADDƏLƏR
Tanen, turşu saponin, glikozitlər, acı maddə və uçucu yağ daşımaqdadır. Uçucu yağda tuyon, sineol, borneol, pinen maddələri mövcuddur.

ADAÇAYI XALQ ARASINDAKI ADI
Dişotu

ADAÇAYI NECƏ HAZIRLANIR?
Ada çayı hazırlamaq üçün, 1 şirin qaşığı incə doğranmış adaçayı 1 stəkan qaynar suyda 5 dəqiqə dəmlənər, süzülərək içilər. Qətiliklə qaynadılmamalıdır. Gündə 1-2 stəkan içilməsi tövsiyə edilməkdədir. Soyuq qış günlərində bu şəfalı bitkini apteklərdə asanlıqla tapa bilərsiniz və çayını hazırlaya bilərsiniz.

ADAÇAYI QARQARASI NECƏ EDİLƏR?
2 qəhvə qaşığı xırdalanmış yarpağın üzərinə 150 ml qaynar su töküldükdən sonra, üstü bağlı olacaq şəkildə 10 dəqiqə qədər dəmləndikdən sonra süzülər və gündə bir neçə dəfə qarqara edilər.

ADAÇAYI VANNASI NECƏ QƏBUL EDİLƏR?
İki ovuc dolusu yarpaq soyuq suda gecə boyunca gözlədilər. Sabahısı gün qaynama dərəcəsinə qədər isidilər və vanna qəbul oluncaq suya əlavə olunar.

ADAÇAYININ ZƏRƏRLƏRİ VƏ YAN TƏSİRLƏRİ
Davamlı və çox miqdarda istifadə edilsə mənfi təsirləri görülə bilər. Ana südünün ifraz olunmasını azaldıcı maddələr ehtiva etdiyindən ötəri hamilə və əmizdirən qadınların istifadə etməsi təhlükəlidir. Hamiləlikdə içilməməlidir. Ayrıca bəzi kəslərə adaçayı qan təzyiqini yüksəldə bilər.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 4 162
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri