Vanilin bu faydalarını əminəm ki, bilmirsiz?

Müəllif: arzum-aysum
Şərhlər: 6
Baxılıb: 2 718
Səs ver:
(səs: 1)
Vanil adı çəkiləndə ilk növbədə şirniyyatların özünəməxsus dadı və qoxusu yada düşür.

Lakin onun tətbiq və istifadə sahələri kifayət qədər genişdir. Vanildən toz, şəkər, yağ və ekstraktlar hazırlanır.

XVI-XVII əsrlərdə vanil qızıldan da baha qiymətə satılıb. Vətəni Meksika sayılan vanil faydalı əhəmiyyətinə görə sonralar digər ölkələrdə də becərilib.

Vanil güclü afrodiziakdır, o cinsi həvəsi və fəallığı artırır. Hətta 600 arvadı olan atsek hökmdarı Montesumanın ən sevimli içkisi məhz vanildən hazırlanıb.

Xalq təbabətində ondan həzm sistemi, tənəffüs yolları, mədə-bağırsaq xəstəlikləri, sinir sistemi və maddələr mübadiləsi pozğunluğunun müalicəsində geniş istifadə edilir. Bununla yanaşı vanil yuxusuzluq, immunitetin zəifləməsi, yüksək qan təzyiqi, piylənmə halları, soyuqdəymə zamanı da çox faydalıdır.

Vanil stresslə mübarizədə ən səmərəli vasitələrdən biridir. Onun qoxusu beyinə müsbət təsir göstərərək xoşbəxtlik hormonu adlandırılan serotoninin istehsalını stimullaşdıraraq ruh yüksəkliyi və xoş əhvala səbəb olur.

Qadınlarda menustrasiya zamanı vanil səhhəti yaxşılaşdırır.

Bu bitki onkoloji xəstəliklərin profilaktikası üçün də ən təsirli vasitələrdən biridir. Elmi təcrübələr sübut edib ki, vanil xüsusilə də süd vəzi xərçəngi zamanı bədxassəli hüceyrələri məhv edir.

Vanil həzm prosesini yaxşılaşdırır, mədə şirəsinin turşluq dərəcəsini aşağı salır və karbohidratların tez parçalanmasına səbəb olur. Onun daha bir faydalı xüsusiyyəti spirtli içkilərin təsirini neytrallaşdırmaq və alkoqollu içkilərə qarşı meylliliyi azaltmaqdan ibarətdir.

Vanildən hazırlanan yağ kosmetologiyada geniş istifadə olunur. Ondan alınan yağ dərini nəmləndirərək təravətli saxlayır, erkən qırışların yaranmasına mane olur, kənar təsirlərdən qoruyur. Bunun üçün istifadə olunan şampuna, yaxud duş gelinə bir neçə damcı vanil yağını əlavə etmək kifayətdir.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 2 718
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri