Xərçəngin, iltihabın qarşısını alan ən təsirli vasitə: TƏBİƏTİN MÖCÜZƏSİ

Müəllif: Son Bahar
Şərhlər: 3
Baxılıb: 832
Paylaş:
Səs ver:
(səs: 0)
Təzə zəncəfil həm keçmişdə, həm də hazırda bir çox alternativ tibb üsullarında istifadə edilir. Adətən toz halında olan zəncəfildən istifadə edirik və təzə zəncəfili bir çoxlarımız tanımırıq. Ailem.az sizə təzə zəncəfilin faydaları ilə bağlı məlumat verir.
Təzə zəncəfil sağlamlığımıza müsbət təsir edir. Onun tərkibində 80 faiz su, 2 faiz protein, 1 faiz yağ, 12 faiz nişasta, B3, B6, C vitaminləri, dəmir, kalsium, fosfor, sodium, potasium və maqnezium var. Xüsusilə təzə zəncəfil immuniteti gücləndirir və xüsusilə içərisindəki yüksək miqdarda C vitamini sayəsində qışda yarana biləcək infeksiyaların müalicəsində istifadə olunur.

Tərkibində olan anti-inflamatuar maddələrin təbii ağrıkəsici təsiri var. Bədəndə yaranan hər hansı ağrını dərhal kəsir.
Mədə bulanmasına faydası var. Zəncəfil ac qarnına istifadə edildiyində mədə bulanmasının qarşısını alır.
Ürək narahatlıqlarını aradan qaldırır. Zəncəfilin kök və ya toz olaraq istifadə edilməsi ürək ritmini tənzimləməyə kömək edir.
Təzə zəncəfili yeməklərdə, salatlarda, içkilərdə də istifadə edə Xərçəngin, iltihabın qarşısını alan ən təsirli vasitə:
TƏBİƏTİN MÖCÜZƏSİ bilərsiniz. Ancaq təzə zəncəfili nələrdə və necə istifadə etməyi bilməlisiniz.

Təzə zəncəfil yeməklərdə necə istifadə olunur?
Təzə zəncəfilin qoxusu darçına bənzəyir. Buna görə onu südlü şirniyyatlara rəndələyərək qatın. Şirniyyatlarınızda şəkərin səviyyəsini tənzimləmək üçün istifadə edə bilərsiniz.

Təzə zəncəfil içkilərdə necə istifadə olunur?
İçkilərinizin içərisinə də zəncəfili bal ilə qarışdıraraq əlavə edə bilərsiniz. Xüsusilə içdiyiniz südün və çayın içərisinə təzə zəncəfil qoymaq faydalı olacaq.
Xərçənglə mübarizə aparmaq üçün zəncəfilin təsiri yüksəkdir. Təzə zəncəfili xüsusilə çay olaraq istehlak etdiyinizdə sağlamlığınız baxımından bir çox fayda verir. Təzə zəncəfilin iltihabı azaltması ilə yanaşı qripə qarşı və müxtəlif infeksiya xəstəliklərinə qarşı qoruyucu təsiri var. Zəncəfili çay kimi dəmləyib içmək xərçəngi əngəlləyən ən təsirli vasitələr arasında yer alır.

Təzə zəncəfil çayı necə hazırlanır?
Təzə zəncəfil çayının hazırlanması olduqca sadədir. Əvvəlcə təzə zəncəfil kökünü yaxşı yuyun və sonra zəncəfilləri soyub dilimləyin. Ardından onun üzərinə qaynar su əlavə edin. 10 dəqiqə dəmlədikdən sonra ac qarına içə bilərsiniz.
Çayınızın antibiotik və iltihabı götürmə təsirini artırmaq üçün içərisinə bir miqdar istiot ata bilərsiniz. Bu çay öskürəyi sağaldır, iltihabı aradan qaldırır.
Zəncəfil çayının təsiri çox olduğundan hamilələrin içməzdən əvvəl mütləq həkimlə məsləhətləşməsi vacibdir.
Qızdırmanız, iltihabi cild probleminiz, ya da öd daşınız varsa, zəncəfil istifadə etməməlisiniz.

(səs: 0)
Şərhlər: 3
Baxılıb: 832
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
YalniZ-ArZu
Hec istifade etmemiwem.bir defe uyudulmuwun aldim,etirsiz falan idi deye iwletmedim atdim getdi 09
17 noyabr 2017 21:29
3
Gözümüz bağlı güvəndiyimiz insanlar, yaxşı niyyətimizin içinə zibili yığanda, bizə də hər münasibətə üz verməyib, hər mundarın sözünə aldanmamaq qalar. 08
Offline
tatyana
Bir ömür boyu zencefil icdim deyecek qeder icirem zencefili)) artıq onun o acılıgına o qeder öyreşmişemki(bal qatmıram)limonla qatıram
17 noyabr 2017 10:40
2
QELBİMİ PARAMPARCA EDEN İNSANLARIN QELBİNİ ALLAHIMA TAPŞIRDIM.....ALLAHIM SEN BİLEN YAXŞI
Offline
BARBI
Zencefili ariqlamaq ucun istifade etmisem.Cox effektlidir
17 noyabr 2017 09:48
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri