Söyüd yarpağının insan sağlamlığına faydası

Müəllif: Barbaris
Şərhlər: 2
Baxılıb: 2 308
Səs ver:
(səs: 1)
Söyüd ağacının təxminən 250 - 260 fərqli növü var. Əksər söyüd ağacları qışda yarpaqlarını tökür və aprel-may aylarında çiçəklənir. Söyüd yarpağının baş ağrısı və ümumi ağrılara qarşı ağrıkəsici xüsusiyyətləri var. Söyüd yarpağı uyğun miqdarlarda istifadə edildiyi təqdirdə yuxusuzluq, əsəb pozulması, stress hallarında müalicə məqsəd ilə istifadə edilir.

Qadinla.com bildirir ki, aparılan araşdırmalar nəticəsində mütəxəssis həkimlər tərəfindən sarılıq və ekzema kimi xəstəliklərin müalicəsində istifadə edilir.
Söyüd yarpağı bir qazan içərinə qoyularaq su ilə qaynadılır, sonra bal əlavə edilir. Bu şəkildə hazırlanan məhlul istehlak edildiyi zaman baş və ya bədəndə olan ağrının azaldığı müşahidə edilmişdir. Qulaq cingildəməsi və qulaq ağrısı olanlar üçün söyüd yarpağı suyunun bir neçə damcı qulağa əlavə edilməsi təqdirdə ağrıkəsici effekt verir.

Söyüd yarpağı yuxusuzluqdan əziyyət çəkənlər üçün yuxusuzluğu aradan qaldırmaq üçün istifadə edilir.

Ayaqüstü uzun müddət işləyənlərdə iş stressi və yorğunluqdan qaynaqlanan ayaq və topuq ağrısı şikayətlərinin aradan qaldırılması üçün bu bitkinin yarpağı olduqca təsirlidir. Belə ki, su içərisinə qoyulan bir dəstə söyüd yarpağı bir müddət saxlandıqdan sonra ayaqları həmin suyun içində saxlamaq lazımdır, bu təqdirdə yorğunluq təsirinin qısa müddət sonra getdiyi müşahidə edilmişdir. Söyüd yarpağı sarılıq xəstəliyi olanlar tərəfindən də istehlak edilir.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 2 308
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri