Ürəyin və sinirlərin dostu NANƏ

Müəllif: arzum-aysum
Şərhlər: 4
Baxılıb: 2 402
Səs ver:
(səs: 1)
Nanə dünyada 25-30 qədər növü olan, sağlamlıq baxımından son dərəcə faydalı, xoş qoxulu bir bitkidir. Daha çox nəmli yerləri sevir.

Nanə iştahı açır. Sinirləri yatırır və bədənə rahatlıq verır. Stressə və baş ağrısına yaxşı təsir edir. Spazm və ürək tutması riskini azaldır. Qızdırmanı salır. Həzm sistemi və mədə üçün çox faydalıdır. Həzmi asanlaşdırır. Qrip, bronxit, öskürək zamanı faydalıdır. Diş ağrısını və ağız qoxusunu aradan qaldırır.

Nanə salat və yeməklərə gözəl qoxusu və fərqli dadıyla ayrı bir ləzzət qatmaq üçün quru, ya da təzə olaraq qatıla bilər. Bundan əlavə, nanə çayı həzmi asanlaşdırmaq üçün yeməklərdən sonra içilə bilər. Nanədən əldə edilən nanə yağı da müxtəlif məqsədlərlə istifadə edilməkdədir. Yarpaqlarından hazırlanan nanə çayı sakitlik verir. Soyuqdəyməni və ürək bulanmasını aradan qaldırır.

Nanənin sakitləşdirici təsiri nanə yağı üçün də etibarlıdır. Nanə yağı dəridəki yanıq ləkələrini aradan qaldırmaqda və soyuqdan qaynaqlanan şişlikləri endirmədə təsirlidir. Nanə qaynadılıb buxarı iylənilsə, tənəffüs yollarını açar və soyuqdəyməyəni sağaldar.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 2 402
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri