Nanə'nin faydaları

Müəllif: Onun_Mələyi
Şərhlər: 5
Baxılıb: 2 386
Səs ver:
(səs: 0)
Nanə otu çox zəngin kimyəvi tərkibə malikdir. Burada müxtəlif vitaminlər (B qrupu, C. PP), makro- və mikroelementlər, efir yağları və s. faydalı maddələr var.Nanə həm xalq, həm də ənənəvi təbabətdə geniş istifadə olunur. Bu bitkinin əsasında müxtəlif sakitləşdirici, spazmolitik, köpəleyhinə dərman preparatları hazırlanır.
— Nanə çox təsirli sakitləşdirici vasitədir. Məhz bu səbəbdən əczaçılar onu uşaqlar və böyüklər üçün olan müxtəlif sakitləşdirici vasitələrin tərkibinə daxil edirlər. Nanə əhval-ruhiyyəni və beyinin fəaliyyətini yaxşılaşdırır, sakitləşdirir, yuxunu normallaşdırır, baş ağrılarını ardan qaldırır, arterial təzyiqi aşağı salır. Baş ağrısını azaldmaq üçün gıcgahlarınızı nanənin efir yağında isladılmış pambıqla sürtün.Yuxusuzluqdan əziyyət çəkən insanlar hər axşam yatmazdan əvvəl nanə çayı içəbilərlər (1 çay qaşığı quru və ya 1 xörək qaşığı təzə nanə yarpaqları + 1 stəkan qaynar su). 1 çay qaşığı bal da əlavə etmək olar. Bal çayın təsirini daha da artıracaq.Nanə həzm sistemi üçün də çox faydalıdır. Nanə köplə yaxşı mübarizə aparır və bu səbəbdən körpələr üçün olanbir çox köpəleyhinə preparatların tərkibinə daxildir. Bundan əlavə nanə mədə şirəsinin və ağız suyunun ifrazını stimullaşdırır, həzm prosesləri yaxşılaşdırır, ödqovucu təsirinə malikdir.Mikrobəleyhinə təsirinə malik olan nanə mədə-bağırsaq sistemində yaşayan ziyanlı mikroorqanizmlərlə mübarizə aparır. Nanə ishal zamanı da kömək edir.Ürəkbulanması zamanı nanə ilə konfetlərvə ya nanə dəmləməsi çox yaxşı kömək edir.
— Fitonsidlərlə zəngin olan nanə antiseptik, mikrob və iltihabəleyhinə təsirlərinə malikdir. Soyuqdəymə zamanınanə çayı qəbul edin. Nanə efir yağı ilə inhalyasiyalar zökəm, öskürək, bronxit zamanı yaxşı kömək edir. Bunun üçün enli qaba qaynar su töküb içinə 3-5 damcınanə efir yağını damızdırın. Buxarla 5 dəqiqə ərzində dərin nəfəs alın. Diqqətli olun ki, selikli qişalar yanmasın.
— Ağız boşluğu və damaqlar iltihabları zamanı ağız boşluğunuzu nanə dəmləməsiilə tez-tez qarqara edin.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 386
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri