İki banan nələrə qadirmiş inana bilməyəcəksiniz

Müəllif: my_angel
Şərhlər: 11
Baxılıb: 21 218
Səs ver:
(səs: 4)
Bu yazını oxuduqdan sonra banana əsla eyni gözlə baxmayacaqsınız! Son aparılan araşdırmalara görə, banan hər dərdə dərman bir meyvədir.
Bir banan, anlıq və davamlı enerji verir. Yaxşı bəs iki banan nələrə qadirdir?

Banan, üç təbii şəkər, sakaroz, meyvə şəkəri (fruktoza) və qlükoza tərkiblidir.
Araşdırmalara görə, 2 banan yeyildiyi zaman 90 dəqiqəlik yorucu bir məşqə çatacaq qədər enerji dəstəyi təmin edir. Bir çox atletin də favorit meyvəsinin banan olmasına çaşmamaq lazımdır.

Ancaq bananın tək faydası enerji verməsi deyil, araşdırmalar 13 fərqli sahədə faydası olduğunu göstərib:

1. Depressiya
"MIND" adlı "insan ruh sağlamlığı" üzərinə çalışan qeyri-hökumət təşkilatının İngiltərədə apardığı araşdırmaya görə, depressiyada olan xəstələrin banan yedikdən sonra daha yaxşı hiss etdikləri ortaya çıxıb. Bunun səbəbi isə bananın "triptofan" ehtiva etməsidir. "Triptofan", zülalları meydana gətirən 20 amin turşusundan biri olan və rahatlamağı təmin edən, serotoninin çıxarılmasını təmin edir.

2. Adət əlamətləri
Bananın içindəki B6 vitamini qandakı qlükoza səviyyəsinin düzəlməsini təmin edir və beləcə xüsusilə romantik hisslərin azalmasına köməkçi olur.

3. Qansızlıq
Tərkibindəki yüksək dəmir sayəsində qan çatışmazlığının aradan qaldırılmasında təsirli olan hemoglobinin çoxalmasına köməkçi olur.

4. Qan təzyiqi
Kalium baxımından zəngin və duz baxımından kasıb olması səbəbiylə qan təzyiqini aşağı salmağa yarayır. "Amerikan Qida və Dərman İdarəsi" banan sənayesinə, bananın qan təzyiqinə və iflicə maneə törətdiyini iddia etmələrinə icazə verib.

5. Beyin
İngiltərədəki bir məktəbdə 200 şagirdin bir il içərisindəki imtahan dövrləri ərzində ara yeməklərdə banan yemələri təmin edilib. İmtahanlar sonrası aparılan araşdırmalar, bananın göz bəbəklərini xəbərdar edib, şagirdlərin daha yaxşı öyrənmələrini təmin etdiyini göstərib.

6. Qəbizlik
Lif baxımından zəngin olması səbəbiylə laksatiflərə ehtiyac duymadan bağırsaq hərəkətlərini normallaşdırır.

7. Mədə ağrısı
Banan, bədəndə təbii bir antiasit təsiri yaratdığı üçün mədəni də rahatlaşdırır.

8. Səhər ürək bulanması
Yemək aralarında banan yemək, qan şəkəri səviyyəsinin yüksəlməyinə köməkçi olub, ürək bulantılarına maneə törədir.

9. Ağcaqanad sancması
Ağcaqanad sancmalarının səbəb olduğu şişlik və qaşıntıya qarşı bir çox insan banan qabığı sürmənin çaşdırıcı dərəcədə təsirli olduğunu söyləyir.

10. Sinir sistemi
Banan, B vitamini baxımından zəngin bir meyvədir və bu vitamin də sinir sisteminin sakitləşməsini təmin edir.

11. Bədən istiliyi
Bir çox mədəniyyətdə banan sərinləşdirici meyvə olaraq qəbul edilib və Taylandda körpə gözləyən anaların banan yeyərək doğulacaq uşaqlarının bədən istiliklərini aşağı saldığı deyilir.
Və son olaraq bir əlavə daha edək: Banan, alma ilə müqayisədə 2 qat daha çox karbohidrat, 3 qat daha çox fosfor, 5 qat daha çox A vitamini ilə dəmir ehtiva edir.
(səs: 4)
Şərhlər: 11
Baxılıb: 21 218
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri