Nənələrimizin resepti öskürək və boğaz ağrısını müalicə edir

Müəllif: YalniZ-ArZu
Şərhlər: 7
Baxılıb: 7 943
Səs ver:
(səs: 0)
Öskürək müstəqil xəstəlik deyil. Bu orqanizmin refleksi, qoruyucu mexnizmidir.

Öskürəyin köməyi ilə nəfəs yollarımız bura düşən mikrob və toksinlərdən təmizlənir. Lakin bunun üçün öskürək nəm olmalıdır ki, ziyanlı agentlər seliklə birlikdə nəfəs yollarından xaric olunsun. Qadinla.com bildirir ki, quru öskürək bu mənada faydasızdır.

Adətən soyuqdəymə quru öskürəkdən başlayır. Quru öskürəyi tez bir zamanda nəm öskürəyə çevirmək lazımdır. Bu işdə bizə nənələrimizin köhnə resepti kömək edəcək.

Xörək qaşığına şəkər tozunu tökün və qaşığı odun üzərində saxlayın. Şəkər əriyəndə və karamel rəngini alanda oddan götürün. Az bir müddətdən sonra şəkər bərkiyəcək. Alınmış "konfet"i sovurmaq lazımdır. Bu öskürəyi yüngülləşdirir, quru öskürəyi nəm öskürəyə keçməyə yardım edir, boğaz ağrısını azaldır.

Şəkərə az miqdarda zəncəfil əlavə edə bilərsiniz. Zəncəfilin antiseptik xüsusiyyətlərinə görə belə "konfet"in müalicəvi xüsusiyyətləri artacaq.

Öskürək zamanı çoxlu maye qəbul edin. Bu bəlğəmi durulaşdırır və nəfəs yollarından çıxmasını asanlaşdırır.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 7 943
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri