Həyat iksiri”nin hazırlanması – Qədim resept

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 1 724
Səs ver:
(səs: 0)
Orta əsrlərdə əlkimyaçılar hazırladıqları bu qarışıma "həyat iksiri" adını veriblər. Bir çox xəstəliklə ri əlacı olan bu içki evdə rahatlıqla hazırlana bilər.

Qadinla.com resepti sizə təqdim edir:

Tələb olunanlar:
• 100 qr kişmiş
• 100 qr qara gavalı qurusu
• 100 qr xurma
• 100 qr əncir qurusu
• 100 qr qaysı qurusu
• 1 çubuq və ya 1 xörək qaşığı darçın tozu
• 200 qr şəkər tozu
• 2 ədəd portağal
• 1 litr spirt
• 5-6 ədəd mixək

Hazırlanması:

1. Portağalı yuyun, qalın halqalara doğrayaraq 2 l-lik çüçə bankaya qoyun.

2. Yerdə qalan ərzaqları onun üzərinə əlavə edin. Qarışımın çöküntülü olmaması üçün kişmişi və darçını parça torbaya yerləşdirərək qaba əlavə edin.

3. Şəkər tozunu spirtdə həll edin. Vam odda tamamailə əriyənə qızdırın.

4. Daha sonra alınan məhlulu soyudun

5. Əldə edilən maye ilə bankanı tam doldurun.

6. Qarışımı qaranlıq yerdə otaq temperaturunda saxlamaq lazımdır. Hər gün çalxalayın.

7. 3 həftədən sonra qabda olan portağalları çıxarıb yenisi ilə əvəzləyin. Yenidən 3 həftə saxlayın.

İstifadədən əvvəl əmələ gələn qarışımı süzün. Gün ərzində 100 qr-a qədər istifadə etmək mümkündür.

Bu qarışımdan bir çox xəstəliklərin müalicəsində, həmçinin də bədənin möhkəmləməsində istifadə edilir.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1 724
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri