Yasəmən gülü cövhərinin inanılmaz faydası

Müəllif: Diablo
Şərhlər: 2
Baxılıb: 2 284
Səs ver:
(səs: 0)
Bu ətirli güllərin müalicəvi xüsusiyyətləri çoxdan məlumdur və onlar xalq təbabətində yüz illərdir istifadə olunur.
Qadınla.Com xəbər verir ki, yasəmənin həm gülləri, həm də yarpaqları böyük miqdarda efir yağı, flavonoid, askorbin turşuları ehtiva edir, sətəlcəmə qarşı təsir göstərir, həmçinin ağrıkəsici və hərarətazaldan təsirə malikdir.
Yasəmənin gülündən həm yağı, həm müxtəlif məlhəmlər, həm də cövhər hazırlamaq olar. Yasəməndən hazırlanmış cövhər radikulit, artrit və podaqra xəstəliyinə kömək edən əla vasitədir. Eyni zamanda zədələrə müalicəvi təsir edir.
Gülləri quru havada yığmaq lazımdır və sivilizasiyadan yerlərdən toplanması arzu olunandır.

Tərkibi:
Təzə və tər yasəmən gülləri
1 litr araq

Hazırlanması:
İkisini də bankaya töküb ağzını bağlayın. Qaranlıq yerdə 10 gün saxlayıb sonra süzün. Cövhəri tünd şüşədə və sərin yerdə saxlamaq lazımdır.

Tətbiqi:
Radikulit və osteoxondroz zamanı bu cövhərlə gündə 2-3 dəfə ovxalanmaq lazımdır. Oynaq xəstəliklərini və zədələri belə kompreslə sağaltmaq olar. Kompresi bütün gecə saxlamaq məsləhətdir.
Daban tikanı müalicəsi üçün həmin yerə kompres qoyulur və gün ərzində təzə üç dəfəyə dəyişir.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 284
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri