Bağayarpağını şəkər tozu ilə qarışdırın... - Sağlamlıq eleksiri

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 1 581
Səs ver:
(səs: 0)
Bağayarpağı faydalı müalicəvi bitkidir. Bu bitkinin müalicəvi xüsusiyyətləri tək xalq təbabətində deyil, ənənəvi təbabətdə də təsdiq olunub, bağayarpağı əsasında dərman preparatları hazırlanır.

Qadinla.com bildirir ki, xalq təbabətində bağayarpağının bal və ya şəkər tozu ilə qarışımı çox geniş istifadə olunur. Bu qarışım orqanizmə ümumimöhkəmləndirici təsir edir, immuniteti möhkəmləndirir, qastrit və xora xəstəliyi zamanı yardım edir, nəfəs yollarını təmizləyir, xərçəngdən qoruyur, xərçəngi müalicə edir.

Qarışımı hazırlamaq üçün ekoloji təmiz şəraitdə bitən (şəhər yollarının qırağında yox!) bağayarpağı yığılır, yaxşı yuyulur, bankaya lay-lay yığılır - 1 lay bağayarpağı, 1 lay şəkər tozu. Bankanı 2 həftə ərzində sərin qaranlıq yerdə saxlayın, alınmış şirəni süzün və soyuducuda saxlayın.

Şirə bronxit, nəfəs yolu infeksiyaları, qastrit, xora xəstəliyi, immunitetin zəifləməsi, xərçəngin profilaktikası və müalicəsi məqsədi ilə gündə 2 dəfə 1 x.q. olmaqla qəbul olunur.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 581
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri