Qəbizliyi, fiziki və zehni yorğunluğu aradan qaldırır, diabet xəstələri üçün əvəzolunmaz müalicədir...

Şərhlər: 1
Baxılıb: 2 070
Səs ver:
(səs: 0)
Bir ədəd qreypfrutun enerji dəyəri təxminən 50 kaloriyə bərabərdir, az kalorili olduğuna görə pəhriz qidası kimi hər gün yeyilməsi məsləhət görülür.

Tərkibində bol miqdarda C vitamini olduğuna görə orqanizmdə "qış xəstəliklərinə”, xüsusən də qrip və soyuqdəyməyə qarşı immuniteti gücləndirir.

Yeməkdən əvvəl qəbul ediləndə iştahaaçıcı təsir göstərir, lakin orqanizmdə lipid və karbohidrat mübadilələrini sürətləndirdiyinə görə kökəlməyə səbəb olmur, əksinə yağların parçalanmasını sürətləndirir.

İnfeksion xəstəliklər zamanı xəstəyə verilməsi sağalmanı sürətləndirir. Qreypfrut, həmçinin həzmi və bağırsaqların fəaliyyətini tənzimləyir, qəbizliyi aradan qaldırır, fiziki və zehni yorğunluğu götürür və orqanizmi gümrahlaşdırır. Meyvənin tərkibində olan bəzi maddələr şəkərli diabet xəstələri üçün əvəzolunmaz müalicə vasitəsidir.

Meyvədə olan qırmızı rəngli likopen adlı piqment təbiətdə rast gəlinən ən güclü antioksidantlardan biridir, orqanizmdə yaranan atipik hüceyrələri məhv edir və xərçəngin inkişafının qarşısını alır.

Meyvənin acıtəhər dadı var, ona acılıq verən maddələrin əsas hissəsi qabığına yaxın və arakəsmələrdə yerləşir. Ona görə də qreypfrutun qabıqlarını soyanda və ya şirəsini sıxıb içəndə acılıq demək olar ki, hiss edilmir. Qabığından alınan yağ C vitamini ilə zəngindir, qrip və soyuqdəymə zamanı qəbul olunur.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 070
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri