Ən qədim şəfa üsullarından biri

Müəllif: diablo
Şərhlər: 4
Baxılıb: 1044
Səs ver:
(səs: 0)
Masaj bəlkə də ən qədim şəfa üsuludur və tarixboyu bütün mədəniyyətlərdə ondan istifadə edilib. Yunan alimi Hippokratın "anatrpsis" adlandırdığı bu üsul sonralar ovuşdurma, əllə müalicə və ovma adlandırılıb. Dilimizdə masaj sözü nisbətən yenidir və ərəbcədən tərcümədə "əllə sığallamaq" mənası verir.

Qadınla.Com bildirir ki, qədim Çin, Hindistan və Misir əlyazmalarında masajdan xəstəliklərin qarşısını almaq, sağaltmaq və yaraları yaxşılaşdırmaq məqsədilə istifadə edildiyi öz əksini tapıb. Roma həkimi masaj və məşqlə əlaqədar ən azı on kitab yazıb və onun bir sıra fikirləri indi də öz əhəmiyyətini itirməyib. XVIII və XIX əsrlərdə isveçli Per Henrik Lingin təsiri ilə Avropada masaja rəğbət artıb və onun masaj sistemi Avropa səviyyəsində yayılıb. Ling tibbi gimnastika və masaja böyük əhəmiyyət verib.

Hindistanda analar uşaqlarını masaj edər və sonra da onlardan eyni hərəkətləri valideynləri üzərində təkrar etməsini tələb edərdilər. XIX əsrin axırlarında masajdan məşhur tibbi müalicə üsulu kimi cərrah və həkimlər tez-tez istifadə etməyə başlayıblar. 1894-cü ildə Londonda səkkiz qadının təşəbbüsü ilə Təhsilli Masajçı Dərnəyi yaradılıb və onlar Fiziki Müalicə Dərnəyi adlanan şəfa mərkəzinin qurucuları hesab olunurlar.
Ölkəmizdə masajın özünəməxsus tarixçəsi var, hələ keçmişdə hamamlarda kisə çəkməklə badəni yumşaldır və soyuqdəymə zamanı kürəyi ovmaq və ayaqlamaqla xəstəliyin qarşısını alardılar. O vaxt kortəbii şəkildə aparılan masaj müasir dövrdə daha geniş yayılıb.
Masaj sağlamlığa faydalı təsir göstərir, qan dövranını nizamlayır, əzələləri boşaldır, həzmə kömək edir. Onun faydası yalnız masaj edilən tərəfindən deyil, həm də masajçı tərəfindən də hiss olunur. Əlləri bədən üzərində gəzdirmək həm masaj edən, həm də edilən üçün rahatlaşdırıcı təsir göstərir.
Təbabətdə iki cür masaj aparılır: yüngül və güclü masaj. Yüngül masajın təsiri nəticəsində beyin qabığında tormozlayıcı proseslər qüvvətləndiyindən əməliyyatdan sonra yatmaq meyili oyanır. Güclü masaj nəticəsində isə dəridə hissi sinirlərin oyanması zəifləyir və bir sıra xəstəliklərdə ağrıların azalmasına və tamamilə çəkilməsinə səbəb olur. Yerli və reflektor təsirlər nəticəsində masaj qan və limfa dövranını sürətləndirir, orqanizmin möhkəmlənməsinə səbəb olur.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1044
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 2030
Xəbər sayı: 27
Love-Girl
Masajin cox xeyirleri var. Her kes bacarmir esl masaji. tez tez deyirem kas men de masaj etdirsem
4 may 2020 23:25
4
Nə qədər yaxşı insan olduğunun heç bir önəmi yoxdur. Nə də olsa ilk yanlışında ən pis insan sən olacaqsan. 
Şərh sayı: 6007
Xəbər sayı: 0
Cema_Axodova
Masaji cox sevirem ve edirem deyilene gore cox berk edirem ama ve deyilene gore Mende yaxwi alinir
4 may 2020 09:08
3
p.s
Şərh sayı: 878
Xəbər sayı: 19
_Tək_ İL_
Sitat: BARBI
Masaj cox faydalidir.Her kes sakitlesmek ucun etmelidir

Sizinlə həmfikirəm
4 may 2020 03:55
2
Dəli ^_^
Şərh sayı: 80419
Xəbər sayı: 30
BARBI
Masaj cox faydalidir.Her kes sakitlesmek ucun etmelidir
3 may 2020 22:07
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri