Kartof şirəsi mədə xorasını sağaldır, orqanizmi təmizləyir

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 3 569
Səs ver:
(səs: 1)
Kartof ən çox istifadə etdiyimiz tərəvəzlərdən biridir. Lakin çətin ki, hamının bu tərəvəzin şirəsinin müalicəvi xüsusiyyətlərindən xəbəri var.
Kartof şirəsi çox faydalı maddələrlə zəngindir. Onun tərkibində C, B, PP, E kimi vitaminlər, dəmir, kalsium, kalium, fosfor, mis, aminturşuları, nişasta var.
Kartof şirəsi orqanizmi ziyanlı maddələrdən (toksinlər, şlaklar, radionukleidlər və s.) təmizləyir və bir çox xəstəliklər və pozulmalar zamanı çox yaxşı müalicəvi təsir edir:
- Mədə xorası və qastrit zamanı kartof şirəsi çox yaxşı müalicəvi təsir edir. Kartof şirəsi yarasağaldan təsirinə malikdir - mədənin selikli qişasını bərpa edir, kiçik yaraları və eroziyaları sağaldır. Kartof şirəsi həmçinin mədə şirəsinin turşuluğunu azaldır və bu səbəbdən mədənin selikli qişası daha tez bərpa olunur.
Mədə şirəsinin turşuluğu aşağı olan insanlar kartof şirəsini içməməlidir.
Mədə xorası və qastrit zamanı kartof şirəsi həmçinin ağrıları azaldır və antiseptik təsir edir.
Mədə xorası və qastrit zamanı kartof şirəsini müalicə kursu şəklində qəbul etmək lazımdır. Gün ərzində qida qəbulundan əvvəl 3 dəfə 1/3 stəkan kartof şirəsini içmək lazımdır. Müalicə kursu - 20 gün.
- Kartof şirəsi hamilə qadınlarda qıcqırma zamanı çox yaxşı kömək edir. Qıcqırma zamanı bir niçə qurtum şirə qəbul edin.
- Kartof şirəsi sidikqovucu təsirinə malikdir və bu səbəbdən böyrəklərə də yaxşı təsir edir - böyrəkləri təmizləyir, fəaliyyətini yaxşılaşdırır, ödemləri aradan qaldırır.
- Kaliumla zəngin olan kartof şirəsi ürək xəstəlikləri zamanı da çox xeyirlidir. Həmçinin kartof şirəsi orqanizmdən artıq mayeni xaric edir və nəticədə arterial təzyiqini tənzimləyir, ürəyə olunan yükləməni azaldır.
- Kartof şirəsini həmçinin müxtəlif dəri problemləri zamanı da - yanıqlar, sızanaqlar və s.  - istifadə etmək olar. Kartof şirəsi üz dərisini ağardır, piqment ləkələri və çilləri daha az görünən edir, dərini cavanlaşdırır.
Nəzərinizə çatdıraq ki, şəkərli diabet zamanı kartof şirəsini içmək olmaz.
(səs: 1)
Şərhlər: 0
Baxılıb: 3 569
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri