Razyananın faydalı təsirləri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 735
Səs ver:
(səs: 1)
Razyana əsasən köp əleyhinə, mədə fəaliyyətini yaxşılaşdıran və bəlğəmgətirici şəfalı bitki kimi istəfadə olunur.
Acı, yandırıcı dadı və qoxusu səbəbilə iştahı açır, mədəni rahatladır və həzmi asanlaşdırır. Yuxusuzluğa qarşı da effektli təsir göstərir.
Bu şəfalı bitkinin çayı ana südünü artırmaq qabiliyyətinə sahibdir. Miqren ağrılarının  azaldılmasında öz müalicəvi təsirini göstərir.
Beyin yorğunluğunun aradan qaldırılmasında, ürək fəaliyyətinin gücləndirilməsində, qan dövranının stabilləşdirilməsində, astma, nəfəs darlığı və bronxit kimi xəstəliklərlə bağlı narahatlıqların aradan qaldırılmasında razyana olduqca faydalıdır.
- Ağız içi yaralar zamanı 300 qr suda 30 qr razyana qaynadılır və bir fincan olmaqla gün ərzində kiçik qurtumlarla içilir.
- Ağız qoxusu üçün 10 qr razyana 50 qr suda qaynadılır və qarqara edilir.
- Ana südünü artırmaq üçün 20 qr küncüt, 10 qr razyana və 500 qr bal qarışdırılır və alınmış məcundan gündə 3 xörək qaşığı yeyilir.
- Baş gicəllənməsinə qarşı bir stəkan qaynar suya bir çay qəhvə qaşığı razyana əlavə edilir. 10 dəqiqə dəmləndikdən sonra süzülüb içilir.
- Dəri ləkələrinə qarşı razyananın toxumundan hazırlanan maskadan istifadə olunur. Bunun üçün razyananın toxumları bir qabda ağzı bağlı şəkildə, hava daxil olmadan qaynadılır. Sonra toxumlar ələk və ya süzgəc vasitəsilə süzülür. Bunu hər gün istifadə etsəniz, parlaq və ləkəsiz bir dəriyə sahib ola bilərsiniz.
- Mədə pozğunluğu və bağırsaq qazlarına qarşı da razyana çox xeyirlidir. 1 stəkan qaynar suya 1 çay qaşığı razyana qatılaraq qarışdırılır. Daha sonra bal və ya şəkər tozu ilə azacıq dad verilərək içilir.
- İshala qarşı 5 qr. razyana, 5 qr. nar qabığı qaynadılır və yeməkdən əvvəl bir fincan içilir.
- Mədə və bağırsaq köpü ilə mübarizədə 5 qr. razyana 5 qr. badamla qarışdırılır, döyülür  və su ilə içilir. Mədə və bağırsaq pozğunluqları üçün 10 qr. zirə, 10 qr. razyana və 10 qr. şüyüd qarışdırılır və su ilə qaynadılır. Yeməklərdən əvvəl 1 fincan içilir.
- Ürəkbulanmanı aradan qaldırmaq üçün 1 fincan suya 1 xörək qaşığı nanə, 1 xörək qaşığı razyana, yarım dənə limon əlavə edilir və qaynadılır. Yeməkdən əvvəl 1 fincan içilir.
- Öskürəyə qarşı balla dadlandırılaraq gündə 2-4 fincan içmək məsləhət görülür.
- Stress, yorğunluq və sinir krizləri üçün 250 qr bala 5-10 qr döyülmüş razyana qatılıraraq qarışdırılır və 2 qaşıq yeyilir.
- Yuxusuzluğa qarşı 1 çay qaşığı razyana toxumu 1 fincan suda dəmlənilir. Bir qədər bal və ya şəkər tozu ilə dadlandırılaraq içilir.
(səs: 1)
Şərhlər: 0
Baxılıb: 2 735
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri