Sarımsağın müalicəvi xüsusiyyətləri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 091
Səs ver:
(səs: 1)
Arxeoloji qazıntılar zamanı qədim şumerlərin sarımsaqdan dərman kimi istifadə etdikləri üzə çıxıb.
Qədim Misirlilərin də sarımsaqla qidalandıqları və ondan dərman kimi istifadə etdikləri barədə məlumatlar var. Tarixi mənbələrdə misir ehramları inşa edilərkən Firon Xeopsun işçilərə çoxlu sarımsaq yedirtdiyi barədə bilgilər tapılıb.
Xaç yürüşləri zamanı sarımsaq Fransaya aparılıb və oradan da Avropaya yayılıb. Misirdə sarımsaqdan ölümcül xəstəliklərə qarşı dərman kimi istifadə etməklə yanaşı onun müqəddəs bitki olduğuna inanaraq qəbirlərə qoyarmışlar.
Sarımsaq özünəməxsus dadına, fayadalı xüsusiyyətlərinə görə dünya mətbəxində geniş istifadə edilən ərzaqlar sırasındadır. Ondan bir çox yemək, sous, salat, marinad və şorabaların hazırlanmasında istifadə edilir. Sarımsaqdan çox istifadə edən ölkələr sırasında Bolqarıstan, Çin və Yaponiya ön sırada gedir.
"Ey Musa, biz tək növ yeməyə əsla dözə bilməyəcəyik, yetər artıq bizim üçün Rəbbinə dua et, bizə yetişdirdiyi şeylərdən: tərəvəzindən, sarımsağından, mərciməyindən və soğanından çıxarsın. (Bəqərə surəsi, 61-ci ayə)
Sarımsağın efir yağlarının tərkibində olan allisin maddəsi və kükürd birləşmələri bitkiyə spesfik dad və qoxu verir. Allisin maddəsi 1944-cu ildə iki alim - J.Cavallit və J.Bailey tərəfindən kəşf edilib. Olduqca güclü antibakterial təsirə malik allisin maddəsinin 1 milliqramı 15 vahid pensillin aktivliyinə bərabər qiymətləndirilir. Sarımsağın tərkibində həmçinin bakteriyaların inkişafını ləngidən fitonsidlər mövcuddur.
Sarımsaq tərkibindəki mürəkkəb bioloji aktiv maddələr sayəsində mikrob, göbələk, virus, qurd, ibtidailər, malyariya əleyhinə təsir göstərir, iltihabi proseslərin sağalmasını sürətləndirir. Tibdə dəmləmə və spirtdə çıxarış şəklində istifadə edilən sarımsaq mədə-bağırsaq traktının hərəki və sekretor fəaliyyətini yaxşılaşdırır, bağırsaq mikroflorasını normallaşdırır. Faqositlərin, T-limfositlərin, makrofaqların və killer hüceyrələrin aktivliyini artıraraq immun sistemi stimullaşdırır, orqanizmin infeksiyalara qarşı müqaviməti artırır.
Sarımsaq bağırsaqlarda çürümə və qıcqırma proseslərinin qarşısını almaq xüsusiyyətinə malikdir və ona görə kolit, bağırsaq atoniyaları və qida zəhərlənmələrində istifadə edilir, regenerasiya və epitelizasiyanı artıraraq yaraların sağalmasını sürətləndirir.
XIX əsrdə fransız mikrobioloqu Lui Paster sarımsağın bir sıra bakteriyalara qarşı öldürücü təsir göstərdiyini sübut etmişdir. Sarımsaq  tərkibində olan fitonsidlər sayəsində bağırsaq çöplərinə, qızılı stafilokoklara, salmonella və Candida cinsindən olan göbələklərə qarşı güclü aktivliyə malikdir. Virus əleyhinə, xüsusilə qrip viruslarına təsiri də elmi cəhətdən sübut olunduğuna görə ondan qrip xəstəliyinin müalicə və profilaktikasında geniş istifadə edilir.
Sarımsağın daxilə və ya imalə şəklində istifadə edilməsi bağırsaq parazitlərindən olan bütün növ qurdlara, xüsusilə lentşəkilli qurdlara öldürücü təsir göstərir. Qanda ümumi və aşağı sıxlıqlı lipoproteinlərdən (zərərli) təşkil olunmuş xolesterinin səviyyəsini azaldır, yüksək sıxlıqlı lipoproteinlərdən ibarət faydalı xolesterinin səviyyəsini  artırır.
Sarımsağın tərkibində olan allisin maddəsi qırmızı qan hüceyrələri – eritrositlərlə reaksiyaya girərək kükürdlü birləşmə olan hidrogen-sulfid əmələ gətirir. Həmin maddə qan damarlarındakı spazmı aradan qaldırır, qan dövranını aktivləşdirir və öz növbəsində arterial qan təzyiqini aşağı salır, həyati vacib orqanların oksigenlə təchizatını yaxşılaşdırır, ürəyin üzərinə düşən yükü azaldır.  Həmin xüsusiyyətlərinə görə sarımsaq arterial hipertenziya və aterosklerozun müalicə və profilaktikasında istifadə edilir.
Güclü antioksidant xüsusiyyətlərə malik allisin maddəsinin parçalanma məhsulu olan sulfen turşusu sərbəst radikalları neytrallaşdıraraq orqanizmdən xaric edir. Bununla da orqanizmi toksik maddələrdən təmizləyir, şiş hüceyrələrinin inkişafını və hüceyrələrin qocalma prosesini ləngidir.
Sarımsağın tərkibində olan inulinəbənzər maddələr qanda şəkərin səviyyəsini tənzimlədiyindən şəkərli diabet zamanı qida əlavəsi kimi istifadə edilir. Bir sıra xəstəliklərin müalicə və profilaktikasında sarımsaq kapsul (Nat-Sarımsaq kapsulu), tablet, toz və yağ şəkildə tətbiq edilir.

Bir sıra böyrək xəstəlikləri, öd daşı xəstəliyi, anemiya, mədə və bağırsaq xorası, epilepsiya zamanı sarımsaq və onun preparatlarından istifadə edilməsi əks göstərişdir.

Reseptlər:

Stenokardiya və təngənəfəslikdə

5 baş sarımsaq təmizlənib sürtgəcdən və ya ətçəkən maşınından keçirilir, 10 ədəd limon şirəsi və 1 kq balla qarışdırılır. 1 həftə qaranlıq və sərin yerdə ağzı bağlı şüşə qabın içərisində saxlanır. Hər qaşıq arasında minimum 1 dəqiqə fasilə verməklə gündə 1 dəfə 4 çay qaşığı qəbul edilir.

İrinli yaralar və ekzema

1 baş sarımsaq  qabıqlı şəkildə aluminium folqaya bükülür, sobada 20-25 dəqiqə bişirilir. Qabıqları soyulur, yumşaq hala gələnə qədər əzilir və 1:1 nisbətində balla qarışdırılaraq yara nahiyəsinə sürtülür.
Eyni qaydada bişirilərək əzilmiş sarımsaq zeytun yağıyla qarışdırılaraq barmaqda dolamaya qarşı istifadə edilir.

Qurd invaziyası

1 baş sarımsaq təmizlənərək əzilir, üzərinə yarım stəkan isti süd əlavə edilir, 15-20 dəqiqə dəmlənilir. Axşam yatmazdan əvvəl imalə şəklində düz bağırsağa yeridilir, gecə səhərədək saxlanılır. Prosedurdan əvvəl mütləq bağırsaqlar boşaldılmalıdır.
Acqarına 3 diş sarımsaq yeyilir, 2 saat sonra işlədici məqsədlə 2 xörək qaşığı gənəgərçək yağı içilir.
Nat-Sarımsaq kapsulunu bütün apteklərdən əldə edə bilərsiniz!
(səs: 1)
Şərhlər: 0
Baxılıb: 2 091
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri