Qarğıdalı saçaqları - Arıqladır, iltihabları müalicə edir, orqanizmi təmizləyir

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 936
Paylaş:
Səs ver:
(səs: 0)
Qarğıdalı saçaqları çox tanınmış müalicəvi vasitədir. Qarğıdalı saçaqları həm xalq təbabətində, həm də ənənəvi tibdə geniş istifadə olunur.
- Qarğıdalı saçaqları güclü sidikqovucu və həmçinin iltihabəleyhinə və antibakterial vasitə kimi tanınır. Bu səbəbdən qarğıdalı saçaqları böyrək, sidik kisəsi və sidik yolları iltihabları zamanı geniş istifadə olunur. 1 xörək qaşığı qarğıdalı saçaqları 1 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmləyin (termosda dəmləmək daha yaxşıdır), yaxşı süzün və 1/3 stəkan olmaqla gündə 3 dəfə qəbul edin.
Bu ziyansız və təsirli vasitə hamiləlik zamanı böyrəklərdə zülal aşkar olunduqda hamilə qadınlara təyin olunur.
Nəzərinizə çatdıraq ki, əgər sizdə böyrək daşı xəstəliyi varsa, bu dəmləmənin istifadəsi sizin üçün təhlükəli ola bilər. Bu səbəbdən dəmləməni istifadə etdikdən əvvəl həkimlə məsləhətləşin.
- Xolesistit (öd kisəsi iltihabı) və xolangit (qara ciyərin öd yolları iltihabı), öd kisəsində durğunluq zamanı qarğadalı saçaqları dəmləməsi ödqovucu vasitə kimi istifadə olunur və çox yaxşı effekt verir. Qarğıdalı dəmləməsi hazırlanır (yuxarıda qeyd etdiyimiz kimi) və gündə 3 dəfə 1/3 stəkan olmaqla yeməkdən 20 dəqiqə əvvəl qəbul olunur.
- Qarğıdalı saçaqları dəmləməsi qara ciyərin və mədəaltı vəzinin fəaliyyətini yaxşılaşdırır.
- Ürək xəstəlikləri ilə bağlı olan ödemlər zamanı qarğıdalı saçaqları dəmləməsi çox yaxşı effekt verir - ödemləri azaldır, ürəyə olan gərginliyi azaldır, arterial təzyiqi normallaşdırır.
- Qarğıdalı saçaqları dəmləməsi qanda şəkərin səviyyəsini tənzimləməyə kömək edir. Bu səbəbdən şəkərli diabetdən əziyyət çəkənlər bu dəmləmədən istifadə edə bilərlər.
- Qarğıdalı saçaqları müxtəlif arıqlamaq üçün olan bitki çaylarına daxildir. Qarğıdalı saçaqları iştahanı azaldır.
- Qarğıdalı saçaqları dəmləməsi orqanizmi ziyanlı maddələrdən (toksinlər, şlaklar və s.) təmizləyir, qanda xolesterinin səviyyəsini aşağı salır.
- Qarğıdalı saçaqları dəmləməsi həmçinin sakitləşdirici təsirə malikdir, yuxusuzluqla mübarizə etməyə kömək edir.
- Qarğıdalı saçaqları dəmləməsi qanın laxtalanmasını yaxşılaşdırır.
Nəzərinizə çatdıraq ki, istənilən müalicəvi vasitə (o cümlədən, müalicəvi bitkilər) yalnız həkimlə məsləhətləşdikdən sonra istifadə oluna bilər.

loading...
(səs: 0)
Şərhlər:
Baxılıb: 936
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv