Əzvay bitkisi 1001 dərdin dərmanıdır

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 662
Səs ver:
(səs: 0)
Əzvay bitkisi, çox qədim zamanlardan dərman kimi istifadə olunur. Müasir təbabətdə əzvaydan hazırlanmış cürbəcür dərmanlar işlədilir. Quru-ekstratı, müvafik dozada xroniki qəbizlikdə və uzun müddətli yataq rejimində qarın işlədici dərman kimi istifadə edilir. Təzə əzvay şırəsinin qüvvətli müalicəvi xüsusiyyətləri vardır. Həkimlər bu şirədən yeməkdən yarım saat əvvəl, gündə 2-3 dəfə 1 çay qaşığı qəbul etməyi məsləhət görürlər. Şirə bir çox mikrobları öldürür. Bunlara stafilokokklar, streptokokklar, bağırsaq dezentriya, qarın yatalağı çöpləri aiddir. İslatma kimi bu şirəni xroniki, irinli proseslərin, yanıqların, yaraların, çibanların, dərinin irinli xəstəliklərinin müalicəsində istifadə etmək olar. Yadda saxlamaq lazımdır ki, əzvay şirəsini daxilə həkimlə məsləhətləşməmiş qəbul etmək olmaz. Çünki əzvay şirəsi çanaq orqanlarından qanın gəlməsini çoxaldır və bəzi xəstəliklərdə, məsələn, bağırsağın hemorragik katarında bunu qəbul etmək olmaz. Babasildə də qanaxmanı artırır. Hamilə olduqda, qaraciyər və öd kisəsi xəstəliklərində istifadə etmək olmaz.
" biostimulyator” üsulu ilə alınmış şırə daha təsirlidir.Bunu belə edirlər: Bitkinin yaxşı yetişmiş aşağı ya da orta yarpaqlarını kəsir, yuyur qurulayırlar. Sonra yarpaqları 12 günlüyə temperaturu +4-dən +8 dərəcəyə qədər olan qaranlıq yerə qoyurlar. Belə şəraitdə yarpaqların həyat prosesi sönür. Elə bu vaxt bitkidə möcüzə baş verir. Bitikinin yarpaqları sanki bütün qüvvəsini toplayaraq məhv olmamağa can atır. Onda alimlərin " biostimulyator” adlandırdığı xüsusi maddələr əmələ gəlməyə başlayır. Onların vəzifəsi sönən həyat faliyyətini qaldırmaqdır. Bu bitkidən hazırlanmış şəfalı şirənin tərkibində həmin biostimulyator olur. İnsanın orqanızıminə düşən həmin şirə də xəstə orqanın hüceyrələri üçün stimulyator rolunu oynayır: onun maddələr mübadiləsini yüksəldir, xəstəliyə qarşı müqaviməti artırır, onun tez sağalmasına şərait yaradır. Belə şirə dermatozlar, ekzema, dəmrov kimi dəri xəstəliklərinə də yaxşı təsir gostərir.
Əzvay şirəsi, ağ ciyər vərəmində də istifadə olunur .Bunun üçün lazımdır:
15 qr əzvay şirəsi
100 qr kərə yağı
100 qr bal
100 qr kakao tozu
Bunları yaxşıca qarışdırın. Gündə 2–3 dəfə 1 stəkan süd ilə, 1 xörək qaşığı həmin qarışıqdan için. Bu sizə çox kömək olacaq.
Əzvay yaxşı kosmetik vasitə kimi də işlədilir. Üzdə civzə, sızanaq əmələ gəldikdə, tənzifi əzvayın şirəsində isladıb həmin yerə islatma qoymaq lazımdır. Üzdə qırışlar əmələ gəlməsin deyə həftədə 2 –3 dəfə əzvay şirəsində isladılmış tənzifi üzə qoyurlar.
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 662
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri