Kişmişin 4 şənbəlik faydası

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 203
Səs ver:
(səs: 0)
İstənilən müalicənin daha da effektli olması üçün müalicədən əvvəl orqanizmin təmizlənməsi mühüm şərtdir. Belə ki, müalicədən qabaq orqanizmdən zərərli maddələri, toksinləri xaric etməklə daha müsbət nəticələr əldə etmək olar.

Xalq təbabətində orqanizmin təmizlənməsinin bir çox üsulları var. Bu üsullardan istifadə etməklə istənilən müalicənin keyfiyyətini və təsirini artırmaq mümkündür. Xüsusilə də qaraciyərin təmizlənməsi qəbul edilən pereparatların və müalicə prosedurlarının təsirini daha da artırır.

Hələ çox qədim zamanlardan şərq təbibləri qaraciyərin, həmçinin öd kisəsinin və böyrəklərin zərərli maddələrdən təmizlənməsi üçün kişmişdən istifadə ediblər.

Bunun üçün həftənin cümə günü səhər saatlarında 100 qram kişmişi ilıq suda 15 dəqiqə saxlamaq, sonra isə axar suda yumaq lazımdır. Daha sonra yuyulmuş kişmiş stəkana tökülür və üzərinə qaynadılmış soyuq su əlavə olunur. Bir sutka otaq temperaturunda saxlanıldıqdan sonra səhərisi gün, yəni həftənin şənbə günü səhər tezdən acqarnına stəkandakı maye içilir və kişmiş yeyilir. Sonra isə təxminən 2 saata yaxın sağ böyrü üstə uzanmaq lazımdır. Sağ böyürün qabırğaaltı nahiyəsinə isti su ilə doldurulmuş istiqac (qrelka) qoymaqla orqanizmin təmizlənmə prosesini daha da sürətləndirmək olar.

Bu proseduru 4 həftə ərzində 4 dəfə, həftənin şənbə günləri həyata keçirmək tövsiyə edilir.

Orqanizmin bu üsulla təmizlənməsinin müsbət nəticələri artıq ikinci həftədən hiss olunmağa başlanır.

Orqanizminizi bu sadə üsulla təmiz saxlamağa çalışın ki, təmizliyi sevən sağlamlığınız sizi yarı yolda qoymasın.
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 203
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri