Yüksək təzyiq problemini aradan qaldıran təbii üsul

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 2 932
Səs ver:
(səs: 2)
Hər yaş qrupu üçün faydalı olan süd yüksək təzyiq problemini də nəzarət altında saxlayır. 

İstehlak edilən süd və süd məhsullarının tərkibində kalsiumun miqdarının az olması arterial qan təzyiqini artıraraq hipertoniyaya səbəb olur. Bu səbəbdən kalsium istehlakının artırılması lazımdır. Kalsium və fosfor baxımından ən zəngin qidalar isə süd və süd məhsullarıdır. 

Diyetoloq və professor Nəriman İnanc südün ürək sağlamlığına birbaşa müsbət təsir etdiyi qənaətindədir. 

Mütəxəssis yüksək təzyiqi nəzarət altında saxlamaq üçün gündə iki stəkan süd içmək lazım olduğunu vurğulayıb. 

Uşaqlıqdan mütəmadi olaraq süd içmək yaşlandıqca ortaya çıxan ürək xəstəliklərinin qarşısının alınmasında da təsirlidir. 

Mütəxəssis südün içərisində qan təzyiqini normaya salan zülal, kalsium, fosfor kimi qida elementlərinin olduğunu vurğulayıb. İnancın fikrincə, südün bu xüsusiyyəti təzyiqi normal səviyyədə saxlayaraq ürək xəstəlikləri riskini azaldır. 

Diyetoloq \"Hər gün süd içərək ürəyin yükünü artıran və damarlara ziyan vuran hipertoniyanı aradan qaldırmaq mümkündür. Hipertoniya, xüsusilə ürək, böyrək, göz və beyinə qan aparan damarlarda zədə əmələ gəlməsinə səbəb olur. Təzyiq xəstələri başda olmaqla yaşından asılı olmayaraq, hər kəs mütəmadi olaraq 2 stəkan süd içməlidir. Bu, təzyiqi normaya salır”, – deyib.
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 2 932
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri