Yemiş tumunu qaynadıb suyunu içsəniz

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 2 699
Səs ver:
(səs: 2)
Ən dadlı yay giləmeyvələrindən biri olan yemişin inanılmaz faydaları var. 

Özü qədər tumu da bir çox dərdə dərman olan bu tərəvəzin tumu bədənə istilik və rütubət verir, soyuqdəyməni çıxardır. 

Yemiş tumu mədə ağrılarına qarşı ən təsirli qidalardan biridir. Yeməkdən əvvəl yemiş tumu yesəniz, mədəni yumşaldaraq ağrıları azaldar. 

Qaraciyər üçün də faydalı və təbii dərmandır. Yemiş tumunu qaynadıb suyunu içmək qaraciyər xəstəlikləri üçün çox faydalıdır. Sinə ağrıları, qızdırma, öskürək zamanı yemiş tumu yemək faydalıdır. Sidikqovucu təsiri olduğu üçün sidik yolu xəstəliklərindən şikayəti olanlara bol-bol yemiş yemək tövsiyə edilir. 

Yemişi yanıqların üzərinə qoymaqla ağrını yüngülləşdirmək və sağalma prosesini sürətləndirmək mümkündür. Yemiş dəri gözəlliyi üçün də istifadə edilir. Belə ki, əzilib, püre halına gətirilmiş yemişin üzərinə soyuq süd əlavə edin. Daha sonra üzə çəkib 15-20 dəqiqə saxlayın, sonra ilıq su ilə yuyun. Bu maskanı üzə sürtdükdə dərini nəmləndirir və onu inanılmaz 
dərəcədə gözəlləşdirərək təravətli görünməsini təmin edir.
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 2 699
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri