Yaz hipovitaminozun qarşısını almaq üçün bunları için!

Müəllif: arzum-aysum
Şərhlər: 5
Baxılıb: 1 777
Səs ver:
(səs: 1)
Qış aylarında qidalanmada meyvә­tәrәvәzlәrin az olması sәbәbindәn insan orqanizmi daha az miqdarlarda ona lazım olan vitamin vә mineralları alır. Bu sәbәbdәn qışın sonunda­yazın әvvәlindә bir çox insanlar özündә hipovitaminozun әlamәtlәrini müşahidә edir:
 
 ­-dәrinin vәziyyәtinin pislәşmәsi (dәri daha quru olar, qabıq verir, rәngi pislәşir) ­ 
-saçların tökülmәsi, zәif, itaәtsiz olması ­
-"sәbәbsiz" yorğunluq, zәiflik, yuxululuq ­
-әsәbilik, diqqәtsizlik -
­ dodaqların kәnarlarında çatların әmәlә gәlmәsi ­
-gözlәrdә quruluq, qaranlıqda görmәnin pozulması ­
-immunitetin zәiflәnmәsi vә s.
 
Bu simptomları aradan qaldırmaq üçün sizә vitaminli içkilәrin reseptlәrini tәqdim edirik.
1. Axşamdan termosda 1/2 l qaynar suda 1 ovuc itburnu, 1 ovuc kişmiş, 4­5 әdәd әrik qurusu dәmlәnilir. Sәhәr dәmlәmә süzülür vә gün әrzindә adi çay kimi içilir. Qәbul etdikdәn әvvәl dәmlәmәyә 1 çay qaşığı bal vә 1 dilim limon әlavә edin.
 
2. 1 portağalın qabığını, 1 alma (qabıqlı), 1 tikә (3­4 sm) tәzә zәncәfil doğranılır, termosda 1/2 l qaynar suda axşamdan dәmlәnilir vә növbәti gün әrzindә çay kimi içilir.
 
3. Tәzә meyvә­tәrәvәz, göyәrtilәrdәn hazırlanmış istәnilәn kokteyllәr (smuzi) dә hipovitaminoz zamanı çox faydalıdır. Mәsәlәn, 1 kök + 1 alma + 1/2 banan vә ya 1 kivi + 1 banan vә s. Zövqünüzә görә müxtәlif variantlar fikirlәşә bilәrsiniz. 
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 1 777
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri