Ayaqlarda,
əzələ və oynaqlarda ağrılar, saç tökülməsi və dırnaq qırılması, eləcə
də, əsəbilik, zəiflik - bütün bunlar maqnezium çatışmazlığının
əlamətləridir. Bu mineralın çatışmazlığı zamanı qəbul etdiyiniz qida
miqdarına nəzarət etmək, yaxud tərkibində bu mikroelement olan xüsusi
preparatlar qəbul etmək tövsiyə olunur.
Maqneziumu
zahirə də tətbiq etmək mümkündür. Məsələn, aptek və
internet-mağazalarda satılan maqnezium yağı böyük populyarlığa malikdir.
Yeri gəlmişkən, bu vasitəni ev şəraitində belə hazırlamaq olar.
Təbii maqnezium yağını hazırlamaq üçün sizə xlorid maqnezium lazım olacaq. Bu maqnezium mənbəyi təbii və təhlükəsizdir.
İnqrediyentlər:
Yarım stəkan filtrdən keçirilmiş su
Yarım stəkan xlorid maqnezium (kristallar və yaxud lopası)
Qazan (paslanmayan materialdan düzəldilmiş şirəli qazan)
Spreyli butulka
Hazırlanması:
Maqnezium
kristallarını qaynayan suya əlavə edin. Odu söndürüb maqnezium tam həll
olunana qədər qarışdırın və soyumasını gözləyin. Sonda, yağı butulkaya
töküb istifadə etmək olar.
Başlanğıc
üçün yatmazdan əvvəl dabanları maqnezium yağıyla masaj etmək, daha
sonra isə corab geyinməyi məsləhət görürlər. Yağın təsiri nəticəsində,
dabanlarda sancma hiss edə bilərsiniz. Orqanizmdə maqneziumun əskikliyi
nə qədərdirsə, yanma hissi bir qədər çox olacaq. Çoxları maqnezium
yağını gecə istifadə etməyi xoşlayır, çünki belə bir prosedura dəriyə
yaxşı hopur və yuxuya getməyə kömək edir.