Həkim müalicə edir, təbiət sağaldır

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 009
Səs ver:
(səs: 0)
"Qorxma, anacan. Mənə bu yaradan ölüm yoxdur. Mən huşumu itirəndə bir atlı kişi gəldi. O, mənim yaramı 3 dəfə sığallayıb dedi: ”Ana südü ilə dağ ciçəyi sənin məlhəmindir.”
40 qız bir anda dağa çıxıb ətirli güllərdən dəstə bağladılar. Ana südü ilə dağ çiçəyini məlhəm edib Buğacın yarasını sarıdılar. 40 gün keçəndən sonra o, tamam sağaldı. Qolu əvvəlkindən güclü, canı əvvəlkindən də sağlam idi.” Yəqin ki, orta məktəb dərsliklərindən bildiniz ki, bu hekayə M.Rzaquluzadənin "Kitabi- Dədə Qorqud” dastanlarının motivləri əsasında yazılmış "Ana südü, dağ çiçəyi”hekayəsindən götürülmüşdür. Ədəbi əsərlərdə istənilən qədər belə nümunələr var.
Məsələn, bir rəvayətdə də göstərilir ki, Hippokrat odlar ölkəsinə səyahəti zamanı bu yerlərin təbiətinə, ot və bitkilərinə heyran qalmışdır. Soyuq payız günlərinin birində o, çayın kənarından keçəndə görür ki, uşaqlar çayda çimirlər. Onun uşaqlara yazığı gəlir ki, bu çılpaq bənizlərə soyuq olacaq. Hippokrat görür ki,uşaqlar çaydan çıxıb yaxınlıqdakı zoğal ağacına dırmaşır, al-qırmızı zoğalları ovuclayıb yeyirlər. Hippokrat gülərək deyir: "Bu xalq böyük xalqmış. Dərdini də bilir, dərmanını da”.
"Otların bəhsləşməsi” adlı bir nağılda isə torpağımızın qoynunda yetişən çoxlu sayda müalicəvi xüsusiyyətlərə malik bitkidən söz açılır. Onlar mübahisə edirlər. Hərə özünün daha lazımlı olduğunu sübut etməyə çalışır. İlk olaraq baldırğan deyir ki, dünyanın kefi mәndә, gəlinlər, qızlar mәni dәrib yeyir. Mәclislәr bәzәyi, otlar yaraşığıyam. Mənim yanımda bal һeç bir şeydir. ”

Şüyüt hər hansı sancını kəsdiyini, bağayarpağı çiban kimi xoşagəlməz şişi aradan götürdüyünü, qarğıdalı öz saçaqları ilə böyrək ağrılarını sağaltdığını, üzərlik insanı bütün bu ağrılardan qoruduğunu söyləyir. Sona atquyruğu və lalə qalır. Deyirlər ki, ən yaxşısı budur ki, nəyə qadir olduğumuzu özümüz deməyək. Başqalarıdan soruşaq görək, hansımız daha üstünük. Bunlar yola düşürlər, yolda qarşılarına ilk çıxan çoban olur. Çoban deyir ki, dələməotu, baldırğan və yonca hamınızdan üstündür. Bunlar razılaşmayıb yenə yollarına davam edirlər. Bu dəfə bir qarıya rast gəlirlər və eyni sualı ona da verirlər. Qarı gicitkəni və quzuqulağını tərifləyir. Bu cavab da nə laləni, nə də atquyruğunu razı salmır və onlar yenə səfərlərini davam etdirirlər. Bu dəfə bir yaralı kişiyə rast gəlirlər. Yaralı onlara deyir ki, qantəpər, bat-batı və gəndalaş daha xeyirlidir. Lalə və atquyruğu yenə narzı qalırlar. Növbəti qarşılarına çıxan dağ yamacında ot toplayan bir loğman olur. Lalə və atquyruğu sevincək loğmana yaxınlaşır. Loğmandan "hansımız yaxşıyıq” deyə soruşanda loğman diqqətlə onları süzüb deyir: "Bu torpaqda nə qədər ki, ot, bitki, ağac bitir, hamısı yaxşıdır. Hərəsi bir dərdin dərmanıdır. Siz loğmanlar loğmanısız. Elə bir ağrı yoxdur ki, gördüyünüz bu otlar, çiçəklər onu müalicə etməsin. Amma ağsaqqalınız üzərlik olmalıdır. O, sizdən də, məndən də çox bilir, onun dedikləri ilə hesablaşın, onlara əməl edin.

Nağılın qayəsində duran ideya da budur ki, bütün bütkilər faydalıdır və onlardan yerli-yerində istifadə etmək lazımdır.
Bir məsələni də qeyd etmək yerinə düşər ki, xalq təbabətinin ənənəvi təbəbətdən üstünlükləri də vardır. Çünki kimyəvi preparatların özünün də fəsadları olduğu halda, təbiətin hazırladığı dərmanlarda belə fəsadlar olmur.
İngilis yazıçısı Oliver Uindelin maraqlı bir fikri var.Yazıçı deyir ki: "Məndə dərin inam var ki, əgər indi istifadə olunan dərmanları dənizə atmaq mümkün olsaydı, bəşəriyyət bundan yalnız qazanardı, amma balıqlar tələf olardılar.”
Bu, həqiqətdir. Təbiət böyük səxavətlə saysız-hesabsız şəfalı nemətlər yetirir və heç bir fərq qoymadan onları insanlara bəxş edir.Bu nemətlər həm qidamız olur, həm də məlhəmimiz. Hippokrat əbəs yerə deməyib ki, həkim müalicə edir, təbiət sağaldır.
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 009
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri