Təbiətdən etibarlı sipər yoxdur

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 1 773
Səs ver:
(səs: 0)
Həyat uğrunda mübarizədə insanlar xəstəliklərlə daim mübarizədə olmuş, silahlı-silahsız, xəstəliklərə meydan oxumuşdur. Onlar xəstəliklərə qarşı mübarizədə təbiətə, onun nemətlərinə tapınaraq təbabət adlı etibarlı bir sipər yaratmışlar. Lap ağrı-acıların, xəstəliklərin insanlara qənim kəsildiyi ilkin vaxtlarda onlar ümidsizləşməmiş, öz "əzrayıl”larını zərərsizləşdirmək üçün səy göstərmiş, yollar aramışlar. Bu gün bizə adi görünən bir müalicə üsulu yüz illərin sınağından şıxmış, cilalanmış, təcrübələrdə sınaqdan keçirilmiş və yalnız bundan sonra öz təsdiqini tapmışdır. Bunlara adi məsələlər kimi baxılmamalıdır. Unutmaq olmaz ki, Təbabət (xalq təbabəti) adlı güvənliyimiz – sağlamlıq çəbhəsi belə yaranmışdır. Təbii ki, bu proseslərdə ulularımızın təbabətlə bağlı tibbi təfəkkürləri də genişlənib inkişaf etmiş, onlar azar-bezarlara qarşı mübarizələrini daim təkmilləşdirmiş , yeni müalicə üsulları və metodları yaratmışlar. Bu gün elmi təbabətin , tibbi texnologiyaların ən son nailiyyətləri məhz ilkinliyini xalq təbabətindən alır. Xalqın sağlamlıqla bağlı arzu və fikirləri təfəkkürlərdə yaşayarq günümüzə qaədər gəlib çatmış və bu gün öz əhəmiyyətini itirməmişdir. Xalq ədəbiyyatında bununla bağlı saysız-hesabsız nümunələr vardır.

Məsələn, ən qədim yazılı abidələrimizdən olan "Kitabi- Dədə Qorqud” dastanında Dirsə xanın oğlu Buğac xəyanət nəticəsində yaralanır. Anası oğlunu axtara-axtara gəlib bura çıxır və oğlunu qana boyanmış halda görüb fəryad qoparır. Buğac başına gələnləri söyləyərək anasına bildirir ki, xain dostlarım məni bu vəziyyətdə atıb getdikdən sonra yanıma bozatlı bir kişi (Xızır) gəldi və üç dəfə əlini yaramın üstünə çəkib, "”ana südü ilə dağ çiçəyi sənin məlhəmindir , bu yaradan sənə ölüm yoxdur”, - dedi. 
Ana başındakı qızlarla tez dağa qalxıb dağ çiçəkləri dərir və həmin çiçəkləri əzərək öz südündən məlhəm hazırlayır və balasının yarasına çəkir. Ana südünün təsir gücü və əhəmiyyəti haqqındakı müasir tibbi həqqiqət əslində xalq təbabətində öz təsdiqini lap qədimdən tapmışdır.
"Koroğlu” dastanında da bu epizodu təsdiq edən epizod vardır. Aydın olur ki, Həsən Zərnişan xanımı Çənlibelə gətirərkən qızın qardaşları tərəfindən təqib olunur. Həsən onların dəstəsi ilə vuruşur və sonda özü də yaralanır. Zərnişan özünü itirmir və Həsəni atının belinə götürüb yaxınlıqdakı dağın ətəyinə çatdırır. Tez dağa qalxıb kəklikotu, sarıçiçək toplayır, onları daşla əzir və döşündən çıxan südlə qarışıdırıb Həsənin yaralarının üstünə qoyur. Həsən dərmanın təsirindən yuxuya gedir və bir də 3 gündən sonra ayılır. Həm də yuxudan ayılanda artıq görür ki, yaraları sağalıb. 
Ümumiyyətlə, nağıl və dastanlarımızda Nəbi, Xızır, Loğmanın hər hansı yaranı əlləri ilə üç dəfə sığalladıqdan sonra həmin adamın sağalması haqqında kifayət qədər məlumatlar var. 

Üstündən min illər keçib, müasir tibbin biosahə, biocəryan vasitəsi ilə xəstəliklərin müalicəsində xalqın bu təfəkkürünün heç də əfsanə olmadığını ortaya qoyurlar. Bu gün ayrı-qyrı şəxslərin bioloji aktivliyə malik olması da bauna nümunə ola bilər. 
Xalq sınamalarına görə istər fiziki təsirdən, istərsə də xəstəlik kimi qanaxma zamanı onu dayandırmaq, müalicə etmək gücünə malik bitkilər arasında giçitkənin və yarpızın xüsusi təsir gücü vardır. Folklor nümunələrimizdə bununla bağlı xeyli sayda nümunələrə rast gəlmək olar. Bu baxımdan yarpız haqqında aşağıda göstərəcəyimiz bayatı səciyyəvidir:

Yoruldum ağlamaqdan,
Bağa su bağlamaqdan.
Bağda yarpız qalmadı,
Yarama bağlamaqdan.

"Lal ” qız nağılında isə təsvir olunur ki, meşədə azdırılan qız acından ölməmək üçün bu meşədə çox bitən gicitkəndən yeyib, bulaq suyundan içir və orada da yatırmış. Səhər oyananda yenə durub meşəni gəzərmiş. Belə gəzintilərin birində onun qarşısına bir imarət çıxmış və qız imarətə daxil olur. Ondan buraya necə gəlib çıxmasını soruşduqda qız öz taleyini danışmış və bildirmişdir ki, indiyə kimi danışa bilməmişdir. Adamlar ondan meşədə nə yediyini soruşduqda qız: "gicitkən”- , deyə cavab vermişdir. Bununla da gicitkənin lallıq kimi xəstəliyin müalicəsində təsirli vasitə olması müəyyən edilmişdir.
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 1 773
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri