Badımcan sapını qətiyyən atmayın

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 3 277
Səs ver:
(səs: 2)
Son illərdə babasil xəstəliyinə daha çox rast gəlinir. 

Belə hesab olunur ki, dünyada yaşayan insanların yarısından çoxu babasil xəstəliyinin müxtəlif formalarından əziyyət çəkir. Təbii ki, babasil mütləq müalicə olunmalıdır. Gecikmiş mərhələlərdə xəstəlik çox ağır fəsadlar verir. 

Babasilin yaranmasının əsas səbəbi qəbizlikdir. Xalq təbabətində babasilə və qəbizliyə aid bir sıra müalicələr var. Bu xəstəliyi yaxşılaşdıran təbii müalicə üsullarından bir neçəsini təqdim edirik: 

Təbiətin hər bitkisinin tərkibində bəşəriyyət üçün faydalı maddələr var. Onlardan biri də badımcanın saplağıdır. 10 ədəd badımcanın yaşıl sap hissəsini 10 stəkan su ilə qaynadın. Bu sudan səhər axşam bir stəkan için. Beşinci gün babasil deyə bir dərdiniz qalmayacaq. 

Suda bişmiş çuğundur da babasil xəstəliyində təbii dərmanı kimi istifadə olunur. 

Babasil xəstəliyi zamanı buzlu su ilə vanna etmək faydalıdır. Onu da unutmayın ki, uzun müddət belə vannada əyləşmək də zərərlidir. Buz vannasının müddəti bir neçə saniyədən maksimum bir dəqiqəyə qədər davam etməlidir. Buzu tək adi sudan deyil, həm də bitki məhlullarından hazırlamaq olar. Həkimlər buzun babasil ağrılarına yaxşı təsir etdiyini söyləyirlər. 

Palıd qabığı və çobanyastığı dəmləmələri ilə hazırlanan vannalar da babasil ağrılarını azaldır.
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 3 277
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri