Nənələrimizin təbabət boxçasından reseptlər

Müəllif: arzum-aysum
Şərhlər: 7
Baxılıb: 2 773
Səs ver:
(səs: 3)
Keçmişdә ev xanımlarının bir boxçası olardı, orda müxtәlif meyvә, yarpaq, kök qurularından ibarәt bir ev apteki olardı, indi belә apteklәr rayonlarımızda, kәndlәrimizdә hәlә dә var.

Belә müalicәnin heç bir ziyanlı tәrәfi olmur vә olduqca ucuz başa gәlir. Boxçanızı zәnginlәşdirmәk üçün bir neçә reseptlәr deyim:
 
 -Alma yeyәn zaman qabıqlarını atmayın, әn keyfiyyәtli sirkә alma qabığından alınmış sirkәdir. Almanı yeyәn zaman tumu ilә birlikdә yeyin, alma tumunda zәngin yod vә xәrçәng әleyhinә tәsir göstәrәn maddәlәr vardır.
 
-­ Şaftalı yarpağı görәn zaman toplayıb kölgәdә qurudun, bunu bәrabәr miqdarda gavalı yarpağı qurusu ilә qarışdırıb öd durğunluğunda dәmlәyib yemәkdәn әvvәl içә bilәrsiniz. ­
 
-Albalı ağacının uc hissәsindәki zoğlarından yığıb qurudun qışda soyuqdәymә әleyhinә әn tәsirli vasitәdir. Gilasdan mürәbbә bişirәn zaman saplaqlarını atmayın, gilas saplağı yaxşı sidikqovucu kimi hәm böyrәklәri vә sidik yollarını iltihabdan tәmizlәyir, hәm dә insanı arıqladır, bunun üçün sadәcә dәmlәyib içmәk lazımdır. ­
 
-Heyva yarpağı dәmlәmәsi dә soyuqdәymәlәrdә vә öskürәkdә faydalıdır, bunun üçün heyvanın tumlarından da istifadә edә bilәrsiniz. Belә ki heyva yeyәn zaman tumlar çıxarılıb qurudulur vә südlә dәmlәnilib içilir. Heyva tumunu yarım çay qaşığı bir stәkan soyuq suya atın, bir gün gözlәyin vә mәdә yarası, qastrit vә öskürәklәrdә yemәkdәn әvvәl için. ­
 
-Söyüd yarpağı qurusu revmatizmalarda dәmlәmә formasında içilir. ­
 
-Çiyәlәk mürәbbәsi bişirәndә saplaqları atmayın, kölgәdә qurudun belәki qaraciyәr xәstәliklәrindә dәmlәnilib içilir vә qaraciyәr mәnşәli köpmәlәri aradan qaldırır. ­
 
-Şabalıd meyvәsinin qabıqlarının dәmlәmәsi böyrәk daşlarını tökür vә prosatit әleyhinә tәsir edir, bunun üçün 2 xörәk qaşığı 3 stәkan suda dәmlәnilib gündә 3 dәfә yemәkdәn әvvәl 1 stәkan içmәk lazımdır. ­
 
-Fındıq yarpağı dәmlәmәsi pozulmuş qan dövranını bәrpa edir. Әgәr sizin әllәriniz vә ayaqlarınız hәmişә soyuq olursa bu dәmlәmәyә bal әlavә edin, gündә 3 dәfә 1 stәkan için. ­
 
-Qoz yeyәn zaman arakәsmәsini atmayın yığıb qәhvәüyüdәndә üyüdün vә 100 qramı yarım kilo bal ilә qarışdırıb mәcun hazırlayın. Bu mәcundan gündә 2 dәfә 1 çay qaşığı 1 stәkan suda qarışdırıb için bu yod çatışmazlığını aradan qaldırır, beyin damarlarını açır vә beyinin qidalanmasını yaxşılaşdırır.
Qoz yarpaqlarını görәndә cavan yarpaqlardan yığıb qurudun bunu vitaminsizlik vaxtı dәmlәyib bal әlavә edib özünüz vә uşaqlarınız içә bilәrsiniz.
Qurudulmuş qoz yarpaqlarını qәhvәüyüdәndә toz formasına salın, xına ilә qarışdırın vә saçınıza qoyun, bu zaman saçlarınız şabalıdı rәngә boyanacaqdır.
 
-­ Nar yeyәn zaman qabığını atmayın, nar qabığını qurudun vә 1 çay qaşığı 1 stәkan suda 5 dәq. qaynadıb bal әlavә edin vә ishallar zamanı içilmәsi әvәzolunmazdır. Nar qabığının dәmlәmәsi ilә qarqara edәn zaman ağız yaraları sağalır vә damağı bәrkidir. ­
 
-Әzgil saplağı dәmlәmәsi qanlı ishalı aradan qaldırır. ­
 
-Tәzyiqiniz vә şәkәriniz varsa, hәr gün zeytun yarpağı dәmlәmәsi için. ­ Bazarlarda soğan satanlar soğanın qabıqlarını soyub atırlar, soğan qabığını 2 litr suda 15 dәqiqә dәmlәyin babasil xәstәlәri olanlar gündә 1 dәfә yarım saat bu dәmlәmәnin içindә otursunlar. ­
 
-Kәlәmin әn vitaminli yeri atılan qabıqlarıdır. ­
 
-Limonlu çay içәndә limonun qabığını soyub sonra çaya atın, qabıqları qurudub saxlayın, limon qabığı köpmәlәrdә vә hәzimsizlikdә çay kimi dәmlәnilib içilir
(səs: 3)
Şərhlər: 7
Baxılıb: 2 773
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri