Bu yarpaqlar ürәk vә qaraciyәr üçün çox faydalıdır

Müəllif: arzum-aysum
Şərhlər: 4
Baxılıb: 3 311
Səs ver:
(səs: 1)
Çuğundur vә onun yarpaqları qәdim zamanlarda müalicәvi bitkilәr kimi istifadә olunurdu. Çuğundur yarpaqlrı çox zәngin vitamin­mineral tәrkibә malikdir. Onun tәrkibindә C, A, E, fol turşusu, pantoten turşusu (B5), tiamin (B1), riboflavin (B2), beta­karotin vә hәmçinin fosfor, kalsium, maqnezium, yod, sink vә s. var.
 
Çuğundur yarpaqları yazda avitaminoz zamanı xüsusilә faydalıdır.
Yarpaqlar ürәk­damar sistemi xәstәliklәri zamanı müalicәvi­profilaktik vasitә sayılır ­ ürәyin vә damarların fәaliyyәtinә müsbәt tәsir edir, aterosklerozun inkişafının qarşısını alır.
Fol turşusu ilә zәngin olan çuğundur yarpaqları qanazlığı zamanı çox xeyirlidir.
Hamilә qadınlar üçün fol turşusu çox vacib sayılır ­ dölün sinir sisteminin inkişafı qüsurlarının qarşısını alır. Bu sәbәbdәn hamilә qadınlar çuğundur yarpaqlarını öz qidalanmasına daxil etmәlidir.

Yarpaqların tәrkibindә xolin maddәsi var. Bu maddә qaraciyәrin fәaliyyәtini yaxşılaşdırır, qaraciyәrin piylәnmәsinin qarşısını alır.

Pektinlәrlә zәngin olan çuğundur yarpaqları bağırsaqların fәaliyyәtini yaxşılaşdırır, bağırsaqları tәmizlәyir, mikrofloranı bәrpa edir, qәbizliklә mübarizdә kömәk edir. Belә hesab olunur ki, çuğundur yarpaqları şişәleyhinә tәsirә malikdir.

Çuğundur yarpaqları müxtәlif salatlara әlavә etmәk, pörtlәtmәk, kotletlәrә vә s. әlavә etmәk ol
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 3 311
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri