Hәzmi güclәndirir, qanı tәmizlәyir, öskürәyi azaldır - MÜALİCӘVİ BİTKİ

Müəllif: arzum-aysum
Şərhlər: 6
Baxılıb: 2 812
Səs ver:
(səs: 1)
Qatırquyruğu son günlәr adını tez­tez eşitdiyimiz bir bitkidir. Uzunluğu 25­60 sm, saplağı 3­6 mm olan bu bitki nәmli torpaqda, tarla aralarında, bataqlıq yerlәrdә yetişir.  Çoxillik bitkidir. Acı maddә, saponin, tanen, silisik turşu, müxtәlif spirtili maddәlәr vә kalium ehtiva edir. Aile.lent.az qatırquyruğu vә faydaları haqqında әtraflı mәlumatı tәqdim edir.  

Faydaları
-­ Revmatizm vә nikris şikayәtlәrini azaldır ­
-Yaraların vә kәsiklәrin yaxşılaşmasını sürәtlәndirir ­
-Qanı tәmizlәyir ­ Hәzm sistemini güclәndirir ­
-Bәdәn müqavimәtini artırır ­
-Saçları qidalandırır vә kәpәyin qarşısını alır ­
-Ağız vә badamcıq iltihablarında faydalıdır ­
-Böyrәklәri tәmizlәyir vә böyrәklәrdә yaranan qum vә daşları tökmәyә kömәk olur
-­ Xroniki öskürәyә faydalıdır
-­ Bәlğәm vә sidikqovucudur
 
Nә zaman istifadә oluna bilәr? ­
-Qatırquyruğu otunun әn әhәmiyyәtli xüsusiyyәti bәdәndә yığılan maye vә ödәmlәri orqanizmin mineral tarazlığını pozmadan xaric edә bilmәsidir. ­
-Böyrәk, sidik yolları vә öd kisәsi iltihabında müvәffәqiyyәtlә istifadә edilә bilәr. ­
-Yüksәk nisbәtdә ehtiva etdiyi silisium turşusu sayәsindә ağciyәr xәstәliklәri, toxumalar, dәri, saç vә dırnaqlarla әlaqәdar narahatlıqlarda istifadә edilmәsi mәslәhәtdir. ­
-Bütün dәri xәstәliklәrindә vә gec yaxşılaşan yaralarda kompres, yuma vә ya duş qatqısı olaraq istifadә edilә bilәr. ­
-Qan dövranı pozulduqda, bәdәndә hәr hansı qırıqlar sәbәbindәn qaynaqlanan şişliklәr, qıç yaralarından vә dәri narahatlıqlarında da istifadә edilә bilәr. ­
-Maddәlәr mübadilәsinin pozulması, revmatizm vә bağırsaq xәstәliklәri bir çox digәr xәstәliklәrin qaynaqlanmasına sәbәb olur. Qatırquyruğunun silisik turşu tәrkibi olması bu zaman fayda verir. Bu bitki ilә vanna qәbul etmәk mәslәhәtdir.
-­ Bel ağrıları zamanı qatırquyruğu vannası qәbul edә bilәrsiniz. ­
-Badamcıq, diş әti vә ağız boşluğu iltihabında qarqara etmәklә faydasını görә bilәrsiniz. ­
-Sidik qaçırma vә uşaqların yuxuda sidik qaçırmalarına qarşı çay müalicәlәri tәtbiq oluna bilәr. ­
-Prostat böyümәsi vә prostat iltihabına qarşı istifadә edilә bilәcәk bitkilәrin әn yaxşısıdır.
 
İstifadә qaydaları
Qatırquyruğu bitkisinin torpaq üzәrindә olan hissәsi qurudulub çay vә qarqara olaraq istifadә edilә bilәr. Ümumiyyәtlә, çay kimi içilmәsinin bir çox faydalı tәsirlәri var. Bundan başqa, qatırquyruğu qaynadılan su eqzema, sızanaq, yara, çiban qarşı istifadә edilә bilәr. Bu su qarqara olaraq isә boğaz, badamcıq vә diş әti iltihablarına qarşı faydalıdır. 
 
 Qatırquyruğu çayının hazırlanması
Bir çay qaşığı incә doğranmış qatırquyruğu bir stәkan qaynar suda qaynadılar, üstü bağlı 15­20 dәqiqә dәmlәndikdәn sonra süzülür. Tәzә dәmlәnmiş qatırquyruğu çayını gündә 3­4 stәkan ac qarnına, yemәk aralarında isti formada içmәk mәslәhәtdir.
  
Qatırquyruğu otu arıqladırmı?
Bu bitki arıqlama mövzusunda xüsusilә şişi aradan qaldıran vә sidikqovucu xüsusiyyәti ilә seçilir. Hәddindәn artıq natrium qәbulu ilә bağlı olaraq bәdәnlәrini su tutan vә ödәmlә bağlı artıq çәkisi olanlar üçün faydalı tәsirlәrә malikdir.
 
Qatırquyruğu otunun zәrәrlәri
Heç bir yan tәsiri yoxdur. Yalnız ağır ürәk vә ya böyrәk xәstәlәri hәkimlә mәslәhәtlәşәrәk qәbul edә bilәr.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 2 812
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri