Osteoxondroz, revmatizm, artroz zamanı ağrıları azaldan bitki

Müəllif: arzum-aysum
Şərhlər: 2
Baxılıb: 3 105
Səs ver:
(səs: 1)
Sübut olunub ki, zəncirotu bitkisi oynaqlarda ağrıları və iltihabı azaldır.
Hətta belə hesab olunur ki, zəncirotu oynaqların zədələnmiş toxumasını bərpa etmək xüsusiyyətinə malikdir.
 
Zəncirotu həm daxilə, həm də kompreslər şəklində istifadə olunur.
Zəncirotu dəmləməsini hazırlamaq üçün 1 x.q. zəncirotu gülləri 1 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmlənilir, süzülür və gündə 3 dəfə stəkanın 1/3 hissəsi miqdarında içilir. Müalicə kursu - 10 gün.
Nəzərə almaq lazımdır ki, bəzi xəstəliklər zamanı (məsələn, öd kisəsi zamanı) zəncirotunun dəmləməsini qəbul etmək olmaz.
Kompreslər üçün zəncirotu tinkturası hazırlanır. Bunun üçün 100 qr zəncirotu güllərinin üzərinə 1 stəkan araq tökün, 10 gün ərzində sərin qaranlıq yerdə saxlayın, sonra gülləri sıxın və tinkturanı yaxşı süzün.
Kompres 10 gün ərzində hər gün ağrıyan oynağın üzərinə qoyulur. Bunun üçün pambıq əski tinkturada isladılır, oynağa qoyulur, sellofan və yun şərflə bərkidilir.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 3 105
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri