Ziyillərin xalq təbabəti vasitələri ilə müalicəsi

Müəllif: arzum-aysum
Şərhlər: 3
Baxılıb: 4 298
Səs ver:
(səs: 3)
Ziyillərin səbəbi papillomavirus infeksiyasıdır. Ziyillər təhlükəli olmasalar da bəzən ciddi kosmetik defekt yaradır.
Ziyillərdən azad olmaq üçün müasir kosmetik metodlar istifadə olunur - krioterapiya (maye azotla yandırılma) və elektrokoaqulyasiya (elektrik cərəyanla yandırılma).
 
Xalq təbabəti də ziyillərlə mübarizə etmək üçün effektli vasitələri təqdim edir. Bu vasitələr arasında:
- Sarımsaq. Sarımsaq nazik doğranılır, ziyilin üzərinə qoyulur və bintlə bərkidilir. Sarımsağı 2 saat saxlayın. Bu proseduraları gündə 2 dəfə ziyil yox olana qədər edin.
Digər üsul - 3 diş sarımsaq sarımsağəzənlə əzilir və eyni miqdarda ətçəkən maşınında çəkilmiş qoyun piyi ilə qarışdırılır. Bu məlhəm gündə 2 dəfə ziyilin üzərinə çəkilir və 2 saatdan sonra yuyulur. Hazır məlhəmi  soyuducuda saxlayın.
 
- Dəmrovotu bitkisinin şirəsi. Bu da çox effektli vasitədir. Ən sadə üsul: dəmrovotu bitkisinin gövdəsindən şirə sıxılır (şirə açıq-sarı rəngdədir) və qulaq çöpü ilə ziyilin üzərinə çəkilir. Diqqətli olun! Şirə zəhərlidir - ağıza, gözlərə, sağlam dərinin üzərinə düşməməlidir. Bu vasitə gündə 2-3 dəfə ziyillərin üzərinə çəkilir.
Həmçinin dəmrovotudan müalicəvi dəmləmə də hazırlamaq olar. 1 x.q. quru dəmrovotunun üzərinə 1 stəkan qaynar su əlavə olunur, vam odda qaynara düşənə qədər qızdırılır, soyudulur və süzülür. Dəmləməni gündə 2-3 dəfə ziyilin üzərinə çəkilir.
(səs: 3)
Şərhlər: 3
Baxılıb: 4 298
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri