Orqanizmi təmizləyən detoks üsulları

Müəllif: arzum-aysum
Şərhlər: 4
Baxılıb: 783
Paylaş:
Səs ver:
(səs: 2)
Mövsüm  keçidlərində, xüsusən qışdan yaza keçəndə detoks etmək orqanizm üçün həm əhəmiyyətli, həm də vacibdir.
Detoks bədəni alkoqol, narkotik və ya digər zərərli maddələrdən təmizləyir, artıq çəki problemini həll edir. Ancaq detoksun faydalı bununla məhdudlaşmır. Detoks orqanizmi yalnız zərərli maddələrdən təmizləmir, həm də qocalmağa və xəstəliyə yol açan toksinlərdən azad edir.

Kimlər detoks etməlidir?
Əslində, hər bir insanın detoska ehtiyacı var.  Xüsusi ilə daimi baş və ya kürək ağrıları varsa, hər şeyi unudursunuzsa, dırnaqlarınız və saçlarınız tez-tez qırırlarsa, sizin detoksa hamıdan daha çox ehtiyacınız var.
Detoks proqramı uzunmüddətli və ya qısamüddətli ola bilər. 24 saatlıq qısa müddətli detoks proqramlarına meyvə suları, sakitləşdirici terapiyalar, qalın bağırsaq təmizliyi və dəri təmizliyi daxildir.
Uzunmüddətli detoks proqramlarına isə ətdən, ağır karbohidrogenlərdən, kimyəvi maddələrin istifadə edildiyi qidalardan uzaq durmaq daxildir. Əvəzində daha çox meyvə və tərəvəz, su və bitki çayları təklif edilir. Bundan başqa, yoqa kimi alternativ müalicələr, iynəbatırma, sakitləşdirici meditasiyalar, ya da masajlarla detoksu dəstəkləyə bilərsiniz.
Evdə çox pul xərcləmədən sadə detoks proqramları tətbiq edə bilərsiniz. Ancaq detoksa proqramına nələrin daxil olduğunu müəyyən etmək üçün həkim və ya diyetoloqla məsləhətləşin.
 
Limonlu su
Limonlu su evdə çox rahat hazırlanan detoks növüdür. Limon turşusu orqanizmin təmizlənmə prosesinə kömək edir. Bu maye həzm prosesini normallaşdırır, həm də yağ molekulları limon sayəsində parça-parça olur. Mütəmadi olaraq limonlu sudan istifadə edərkən üz dərisinin rəngi açılır, daha sağlam görkəm alır. Limonlu suyun faydalarından bəhrələnmək üçün onu səhərlər acqarına içmək lazımdır və istifadə zamanı hazırlanmalıdır. Diqqətdə saxlamaq vacibdir ki, bir stəkan ilıq suya limonun yalnız dörddə bir hissəsinin şirəsi əlavə olunmalıdır. Onu içdikdən yarım saat sonra səhər yeməyinin yeyilməsi vacibdir. Limon suyu gün ərzində insanın əhvalına da müsbət təsir göstərir və bütün daxili orqanların fəaliyyətini normallaşdırır. Limonlu suya bir çay qaşığı bal da əlavə edə bilərsiniz.
 
Hamam duzları
İsti su toksinləri dərinin üst səthinə göndərir, beləcə su soyuduqca dəri təmizlənir. Duzlar tərləməni təmin edərək detoksu sürətləndirir və qalın bağırsaqları təmizləyir. Hamam duzu ilə vanna qəbul etmək bədəni rahatlaşdırır, mənfi enerjini alır, toksinləri təmizləyir, məsamələri açır. Açılan məsamələr sayəsində dəri yaxşı nəfəs alır və parıltılı olur.
 
Alma
Alma detoksu üç, ən çox dörd gün davam etdirilir. Bu detoksu etmək üçün sadəcə yetişmiş almalar yemək lazımdır. Detoks zamanı gündə ən az 6 alma yeyilməlidir.

loading...
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 783
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
narmiwka_15
men limonlu su edirem yaxwidi
10 iyul 2016 16:56
4
Be Happy))
Offline
vipbetul
lazimli vasitelerdir
10 iyun 2016 18:46
3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
BARBI
Mende vaxtasiri detoks edirem. Orqanizmimizin ehtiyaci var. detoks cox faydalidir
9 iyun 2016 22:57
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Barbaris
limonlu su inogda icirem lma her gun yeyirem ama 6 dene yox yiye bimerem en azi 2 dene magu
9 iyun 2016 22:37
1
Xarakterimi ya da xasiyyətimi bəyənməyən insanları mecbur yanımda saxlamıram
Bir sözlə "Yol açıqdır"

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv