Xoş ətirli lavanda kosmetika sənayesində geniş
istifadə olunur. Gözəllik sənayesində tez-tez istifadə edilən lavanda
çox sayda müalicəedici təsirlərə də malikdir.
Lavanda otu qaraciyər üçün xüsusi ilə faydalıdır.
Qaraciyərin yenilənməsinə kömək edən lavanda həkim nəzarətində istifadə
edildiyi sürətlə müsbət nəticə verə bilir. Bu şəfa mənbəyini evinizdən
əskik etməyin.
Lavandanın faydaları:
-Qaraciyər çatışmazlığı, qaraciyərin sirrozu, hepatit B
və hepatit C xəstəliklərinin müalicəsində lavanda otu müsbət təsir
göstərir. Müalicəyə başlamazdan əvvəl həkiminizlə məsləhətləşməyi
unutmayın.
-Aromaterapiyada əzələlərin rahatlaşmasında istifadə
edilir. Aromaterapiya olaraq yorğunluq və depressiya hallarında, dəri
problemlərində də istifadə edilir.
-Yastığa bir neçə damcı lavanda əsaslı yağ tökün. Bu, yuxusuzluq probleminin ən yaxşı həllidir.
-Psixoloji xəstəliklərin müalicəsində də lavanda cövhərindən və ya lavanda çayından istifadə edilir. Sakitləşməyə kömək edir.
-Lavanda yağı xroniki baş ağrılarını da yüngülləşdirir. Bunun üçün lavanda yağı ilə başınızı yüngülcə masaj edin.
-Sədəf kimi dəri xəstəliklərinin müalicəsində də lavanda öz möcüzəvi təsirini göstərir.
Lavanda yağı dərini canlandırır və təzələyir. Həmçinin
dərini sakitləşdirir. Kosmetikada əsasən saç tökülmələrində,
yanıqlarda, ekzemada, quru dərilərdə, günəş yanıqlarında istifadə
edilir, sızanaq problemini həll edir.
-Saç dərisi ilə bağlı problemləri yaxşılaşdırmaq üçün müdhiş dezinfeksiyaedici təsiri olan lavanda çayından istifadə edin.
-Doğuş sancıları və menstruasiya dövründə sancın lavanda yağını aromaterapiya effektindən bəhrələnin.
-Boğaz infeksiyaları, qrip, öskürək, soyuqdəymə,
astma, bronxit, göy öskürək, larengit, tonsillit kimi müxtəlif tənəffüs
problemlərinin müalicəsində lavanda yağından istifadə edilir.
Lavanda çayının resepti
Bir stəkan suya iki çay qaşığı lavanda əlavə edin.
Zəif odda qaynayana qədər qızdırın. Su qaynadıqdan sonra odun altını
söndürüb on dəqiqə dəmlənməsini gözləyin. Lavanda çayı soyuduqdan sonra
süzüb için.
İbrahim Saraçoğlu bildirir ki, lavandanı hepatit B və
hepatit C üçün 4 dəqiqə, qaraciyər yağlanmasının müalicəsi üçün 10
dəqiqə, qaraciyər çatışmazlığı üçün isə 15 dəqiqə qaynatmaq lazımdır.