Sağlam oynaqlar və elastik dəri üçün FAYDALI RESEPT

Müəllif: arzum-aysum
Şərhlər: 1
Baxılıb: 2 153
Səs ver:
(səs: 2)
Kollagen zülalı orqanizmdə olan birləşdirici toxumanın əsas tərkib hissəsidir. Kollageni "cavanlıq zülalı" adlandırırlar. Bu zülal dərinin, qığırdaqların elastikliyini təmin edir.
İnsan yaşa dolduqca kollagenin sintezi zəifləyir. Nəticədə dəri elastikliyini itirir, qocalmağa, sallanmağa başlayır, oynaqların hərəktliliyi pozulur və s.
 
Orqanizmi əlavə kollagenlə təmin etmək üçün bu kimi çox sadə reseptdən istifadə edə bilərsiniz.
5 qr jelatinin üzərinə 15 qr isti su tökün və su hamamında əriyənə qədər qızdırın. Üzərinə 10 ml itburnu siropu əlavə edin, qarışdırın və soyuducuya qoyun. Hazır jeleni qida qəbulundan sonra gündə 2-3 dəfə olmaqla yemək lazımdır. Jelenin xoş dadı var.
Bu çox faydalı müalicəvi məhsuldur. Jelatin təmiz kollagendən ibarətdir, C vitamini və flavonoidlərlə zəngin olan itburnu siropu kollagenin daha yaxşı mənimsənilməsini təmin edir.
Bir neçə porsiya jele qabaqcadan hazırlayıb soyuducuda saxlamaq və lazım olduqda qəbul etmək olar.
(səs: 2)
Şərhlər: 1
Baxılıb: 2 153
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri