1. Alma və darçın
Bir almanı nazik doğrayın və üzərinə 500 ml təmiz su
tökün, 1 çay qaşığı döyülmüş darçın əlavə edin, soyudun və gün ərzində
için. Alma və döyülmüş darçının birləşməsi sizə maddələr mübadiləsini
normallaşdırmağa və həzm traktını təmizləməyə yardım edəcək.
2. Limon suyu və bal
2 xörək qaşığı təzə sıxılmış limon suyunu 200 ml isti
su ilə qarışdırın, 1 çay qaşığı təbii bal, bir çimdik döyülmüş zəncəfil
əlavə edin. Acqarına, zəhər yeməyindən yarım saat əvvəl için. Bu sizə
həzm sistemini təmizləməyə, qan damarlarının divarlarını
möhkəmləndirməyə kömək edəcək və sizə həyat enerjisi bəxş edəcək.
3. Zəncəfil içkisi
Az miqdarda təzə zəncəfil kökünün (3-4 sm) qabığını
soyun və xırda-xırda doğrayın, üzərinə 1 litr qaynar su tökün, qaynadın
və orta odda 10 dəqiqə bişirin və sonra süzün. Soyuduqdan sonra bir
çimdik döyülmüş darçın və bir neçə xörək qaşığı itburnu siropu əlavə
edin. Gün ərzində yeməkdən yarım saat əvvəl 100-150 ml için. Bu zaman
həzm sistemi, maddələr mübadiləsi normallaşır, həyat tonusu qalxır və bu
içkinin bərpaedici xüsusiyyətləri özünü göstərir.
4. Çuğundur şirəsi
1 ədəd çuğundur, 2 alma və 4 kərəviz sapından təzə
sıxılmış şirə hazırlayın, gün ərzində 2 dəfə (səhər və axşam) yeməkdən
əvvəl 1 xörək qaşığı qəbul edin.
5. Sağlamlıq kokteyli
1 portağal, 1 limon və 1 kökdən təzə sıxılmış şirələr
hazırlayın, 100 ml mineral su ilə qarışdırın. Acqarına yeməkdən yarım
saat əvvəl için. Bu kokteyl yorğunluğa qarşı mükəmməl vasitədir,
tərkibində yüksək miqdarda antioksidant mövcuddur.
6. Xiyar və kərəviz
1 xiyar və 1 kərəviz kökünü xırda doğrayın, 300 ml su əlavə edin. Gün ərzində için. Bu içki ağır, yüklənmiş günlər üçün idealdır