Hər gün bir dənəsini mütləq yeyin – FAYDALARI

Müəllif: arzum-aysum
Şərhlər: 4
Baxılıb: 945
Paylaş:
Səs ver:
(səs: 1)
Əvəzedilməz qida olan yumurta ilk növbədə zülal qaynağıdır. Yumurta istər gündəlik qidalanmada, istərsə də pəhriz siyahılarında mütləq yer alır.

Bəs biz yumurtanı düzgün bişiririkmi? Türkiyəli dietoloq Nil Şahin Gürhan yumurtanın faydaları və düzgün bişirilməsindən bəhs edib. Sizə mütəxəssisin maraqlı açıqlamalarını təqdim edirik.

Dietoloq ilk növbədə bildirir ki, gündə mütləq 1 dənə yumurta yemək lazımdır.

Bişirilməsi asan, qida dəyəri çox yüksək olan yumurta insanın gündəlik zülal ehtiyacını qarşılayır. Həmçinin, halsızlıqdan xilas olmaq, daha enerjili bir gün keçirmək üçün imtina edilməz qidadır. Yumurta xəstəliklərə qarşı da qoruyucu qidadır: “Havanın ani dəyişməsi və isti günlərin başlaması səbəbindən bədənimiz xəstəliklərə qarşı daha qorunmasız hala gəlir. Ani dəyişiklik insanları ruhdan salır, enerjilərini, əhval-ruhiyyələrini aşağı salır. Gündə 1 yumurta yeməklə bütün bu mənfi halların öhdəsindən gəlmək mümkündür. Yumurta tərkibindəki selenium, dəmir kimi elementlər sayəsində xoşbəxtlik qaynağı hesab edilə bilər”.

Yumurtanı “nümunəvi zülal” olaraq xarakterizə edən Nil Gürhan uşaqlıq çağından yaşlılıq dövrünə qədər hər zaman bu qidanın yeyildiyini deyir. Keçmişdə yüksək xolesterol qorxusu səbəbindən ürək-damar xəstələri yumurtadan uzaq dayanmaq məcburiyyətində qalıblar. Lakin həkim bildirir ki, gündə bir dənədən çox yeyilmədiyi halda yumurta bədəndəki yaxşı və lazımlı xolesterolu artırır: “Yumurtanın tərkibindəki A və D vitaminləri, dəmir, selenium, sink, kolin kimi elementlər immunitet sistemini gücləndirir, sümük inkişafına, qandakı oksigenin daşınmasından tutmuş, beyin funksiyalarının yerinə yetirilməsinə qədər bir çox faydaları təmin edir. Gündə 1 yumurta yeməklə sağlamlığınızı təkmilləşdirə bilərsiniz”.

N. Gürhan yay yaxınlaşdıqca çəkisinə və qidalanmasına diqqət edənlərə yumurtadan düzgün istifadə etməyin ipuclarını da verib: “Yumurtanı 10 dəqiqədən çox qaynatmayın. Qaynara düşəndən sonra da cəmi 4 dəqiqə bişirin. Yumurtanı yalnız qaynadaraq yeməyin. Qayğanaq, qızartma, tərəvəzli, pomidorlu, göyərtili kimi alternativlərdən də istifadə edin”.

loading...
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 945
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Online
Barbaris
hemiwe yemirem ozum ama ogluma her gun verirem
17 iyun 2016 23:13
4
Xarakterimi ya da xasiyyətimi bəyənməyən insanları mecbur yanımda saxlamıram
Bir sözlə "Yol açıqdır"
Offline
vipbetul
her zaman yemirem ureyim isdedikde ondada yeyirem
17 iyun 2016 11:47
3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
BARBI
Yumurta cox faydali qidadir. Yumurta seven deyilem. Nadir hallarda yeyirem
16 iyun 2016 21:09
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Onun_Mələyi
faydali meslehetlerdir.xebere qore,tewekkurler
16 iyun 2016 21:03
1
Qadınlar polislər kimidir;Əllərində bütün dəlillər vardır amma yenə də etiraf etmənizi istəyərlərutandim

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv