Ən yaxşı DETOKS reseptləri

Müəllif: arzum-aysum
Şərhlər: 4
Baxılıb: 2 546
Səs ver:
(səs: 1)
Sizə ən yaxşı detoks reseptlərini təqdim edir.

Alma və darçın
Bir almanı nazik dilimləyib üzərinə 500 ml təmiz su tökün. 1 ç.q. darçın tozu əlavə edib soyudun. Gün ərzində için. Bu, maddələr mübadiləsini normallaşdırıb həzm orqanlarınızı təmizləyəcək.

Limon şirəsi və bal
2 x.q. təzə sıxılmış limon şirəsini 200 ml isti su və 1 ç.q. təbii bal, 1 çimdik zəncəfil tozu ilə qarışdırın. Səhər yeməyindən 30 dəqiqə əvvəl acqarına için. Bu, həzm sitemini təmizləyib damarların divarlarını bərkidəcək, həmçinin enerji verəcək.

Zəncəfilli içki
3-4 sm uzununda təzə zəncəfil kökünün qabığını təmizləyin, xırda doğrayıb üzərinə 1 l qaynar su tökün. Ocağın üstünə qoyun, qaynara düşəndən sonra orta itilikli odda 10 dəqiqə bişirin. Süzün. Soyuduqdan sonra 1 çimdik darçın tozu və bir neçə xörək qaşığı itburnu siropu əlavə edin. Gün ərzində yeməkdən yarım saat əvvəl 100-150 ml qəbul edin. Həzm prosesini və maddələr mübadiləsini normallaşdırır, ümumi möhkəmləndirici effekt verir.

Çuğundur şirəsi
1 çuğundur, 2 alma, 4 kərəviz budağının şirəsini sıxın, gündə iki dəfə (səhər-axşam) yeməkdən yarım saat əvvəl 1 x.q. qəbul edin.

Sağlamlıq kokteyli
1 portağal, 1 limon və 1 yerkökünün şirəsini sıxın, 100 ml mineral suyla qarışdırın. Yeməkdən yarım saat acqarına için. O, yorğunluğu götürür, çünki tərkibində böyük miqdarda antioksidant var.

Xiyar və kərəviz
1 xiyar və kərəviz kökünü xırdalayın, 300 ml su əlavə edin. Gün ərzində için.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 2 546
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri