Qızdırma zamanı xalq təbabəti üsulları

Müəllif: arzum-aysum
Şərhlər: 10
Baxılıb: 785
Paylaş:
Səs ver:
(səs: 2)
Adətən uşağın hərarəti yüksələndə böyüklər qorxuya düşür və ona qızdırma salan dərmanlar verməyə tələsirlər.

Əslində hərarət virus infeksiyası fonunda yüksəlir. Xəstəlik çox vaxt orqanizmdə hərarətinin artması ilə başlayır, bir qədər sonra digər əlamətlər özünü biruzə verir. Hərarətin yüksəlməsi orqanizmin infeksiya ilə mübarizəyə başladığını, yüksək hərarət isə orqanizmin bunun öhdəsindən yaxşı gəldiyini göstərir.

Hərarət orqanizmin xəstəliyə reaksiyasıdır və immunitetin sağlam olmasına dəlalət edir, yəni qorxu hissi keçirmək lazım deyil. Lakin onun süni şəkildə salınması orqanizmin müdafiə qabiliyyətini zəiflədə bilər, ona görə də ciddi səbəb olmadan, yəni termometrin göstəricisi 38,5 dərəcəni keçmədikdə dərman verməyə ehtiyac yoxdur.

Qızdırmanı salmaq üçün bəsit tədbirlərdən başlamaq daha yaxşıdır. Əvvəlcə uşağı soyundurmaq lazımdır, çünki temperatur bəzən uşağın geyimi qalın olduğuna görə 1-2 dərəcə yüksəlir.

Südəmər körpənin hərarəti yüksələndə ilk növbədə onun əynindəki bezi çıxarmaq lazımdır, çünki o dərinin istilikvermə sisteminin işini və temperatur tənzimini pozur. Sonra bəzi müalicəvi tədbirlər görülməlidir.

1 litr ilıq suya 1 xörək qaşığı üzüm sirkəsi əlavə etmək və həmin məhlulla bədəni ovxalamaq olar. Yaxşı olar ki, əvvəlcə uşaq çimizdirəndən sonra bədənini qurulamadan dəsmala və ya qətifəyə büküb havası dəyişdirilmiş otağa gətirilsin. Lakin su prosedurları və ovxalama zamanı suyun temperaturu bədənin hərarətindən 1 dərəcədən çox aşağı olmamalıdır, əks halda təzadlı temperatur damarlarda spazma əmələ gətirir. Uşaq qızdırmadan titrəyirsə, onu çimizdirmək və ovxalamaq olmaz.

Hərarət qalxanda maye rejimi gözlənilməlidir. Südəmər uşaqları əmizdirmək, nisbətən böyük uşaqlara çoxlu maye, xüsusən də təbii tərlədici vasitələr - bal və ya moruq mürəbbəsi əlavə edilmiş cökə, Teaqrip və İmmunotea çayları içizdirmək lazımdır. Həmin məhlullar orqanizmi tərlədir, tərləmə isə hərarəti aşağı salır. Tərləmiş uşağı qurulamaq yox, paltarını dəyişdirmək lazımdır.

Lakin həkim göstərişi olmadan uşağı özbaşına müalicə edənlər arasında yeri gəldi-gəlmədi antibiotiklərdən qızdırma salan vasitə kimi istifadə etməyə meyilli olanlar var. Bu, yanlış təsəvvürdür, çünki antibiotiklərin istifadəsi üçün xüsusi göstərişlər var və orqanizmin hərarətinin yüksəlməsi həmin göstərişlərə daxil deyil. Antibiotiklər bakterial infeksiyaların müalicəsi üçün nəzərdə tutulub və viruslu xəstəliklərdə onlar nəinki faydasızdır, hətta zərərlidir.

Qızdırma zamanı xalq təbabəti üsulları

Qızdırmanı salmağın təbii yolları:

- Moruq mürəbbəsinin müsbət təsiri haqda demək olar ki, hər kəsin məlumatı var. Bu meyvələrin tərlədici və qızdırmasalıcı təsiri tərkibində külli miqdarda asetil-salisil turşusunun – təbii aspirinin olmasıdır. Sən demə aspirin moruğun budaq və yarpaqlarında daha çoxdur. Sintetik aspirindən fərqli olaraq təbii asetil-salisil turşusu uşaqlar üçün zərərsizdir, mədənin selikli qişasını qıcıqlandırmır, qanı durulaşdırmır. 2 xörək qaşığı qurudulub xırdalanmış moruq budaqları 1 stəkan qaynar suda dəmlənir, gün ərzində qurtum-qurtum içilir.

- Qızdırmanı salmaq üçün ən yaxşı vasitələrdən biri də portağaldır. Onun da tərkibində təbii asetil-salisil turşusu var. 4 dilim portağalın şirəsi sıxılır, üzərinə 1/4 stəkan ilıq su tökülür və dərhal içilir. Bu dadlı dərmanı gündə 3-4 dəfə içmək olar.

- Daha bir faydalı qızdırmasalıcı bişirməni əncir meyvəsinin qurusundan hazırlamaq olar. Bunun üçün 5 ədəd quru əncirin üzərinə 1 stəkan su əlavə olunur və 5 dəqiqə qaynadılır. Alınan bişirmə axşam yatmazdan əvvəl içilir. Uşaqlara məhlulun yarısını içirtmək olar. Əgər qızdırma ilə yanaşı öskürək də narahat edirsə, ənciri süddə bişirmək olar.

- Təbiətdə tərkibində aspirin olan bitkilər çoxdur. Məsələn, söyüd qabıqlarının belə bir xüsusiyyəti var. Qızdırmanı salır, baş ağrısını, oynaq və əzələ ağrılarını aradan qaldırır. Söyüd budaqları toplanır, yuyulur, qabığı soyulur və qurudulur. 1 litr qırmızı şəraba 50 qram qurudulmuş söyüd qabığı qarışdırılır, və 3 həftə dəmlənir. Qrip və qızdırma zamanı gündə 2 dəfə 1/4 stəkan qəbul olunur.

- Qızdırmanın kəskin yüksəldiyi zaman Teaqrip və İmmunotea çayları birlikdə dəmlənir və gün ərzində qəbul olunur. Müalicəvi çayların belə kombini həm qızdırmanı salır, həm də orqanizmin bakteriya və viruslara qarşı müqavimətini artırır.

- Qara gəndalaşın çiçəkləri də tez bir zamanda qızdırmanı salır. 1 xörək qaşığı çiçəklərin üzərinə 1 stəkan qaynar su əlavə olunur və 15 dəqiqə su hamamında dəmlənir. İlıq halda gündə 3 dəfə yarım stəkandan qəbul edilir. Uşaqlara yaşından asılı olaraq 1-3 xörək qaşığı verilir.

loading...
(səs: 2)
Şərhlər: 10
Baxılıb: 785
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
lazimli melumat oldu
11 avqust 2016 14:43
10
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
MODABAZ
Behmez ve balda cox xeyırlıdıı
11 avqust 2016 14:27
9
Heyata daim gulmek lazimdii
Offline
Fira Deniz
Lazimi melumadi twkler
11 avqust 2016 00:19
8
.Bir də görürsən ki, "həyatda eləmərəm" dediyin şeyin, baş rolundasan
Offline
YalniZ-ArZu
Sitat: 14MsM
Indi. Oglumun qizdirmasi var derman verdi istedim internet vastesi ile axtarim bawqa. Ne etmey olar bu xeber cixdi qarsim xebrcun twk. Hemiwe mende beledi nese isteyende ALLAH CIXARDIR COX WUKUR

Allah wefa versin balacaya.Sirke yoxdursa evde,spirtnen de ovxalayin ellerin ayaqlarin.Amma suyla qariwdirin spirti.Cox faydasi var,mende uwaqlara bucur edirem qizdiranda.

Burdaki meslehetler de cox faydalidir,moruq lap maraqli geldi,paylawdiginiz ucun tewekkurler.
10 avqust 2016 23:57
7
Я — личность творческая, хочу творю, хочу вытворяю!deli
Offline
BARBI
Hec vaxt qizdirmam olmur. Qizdirmaciddi problemdir. Qizdirma ucun tebii usullardan istifade etmek lazimdir
10 avqust 2016 23:07
6
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Canavar sevgisi
Sirke cox komek edir heqiqeten
10 avqust 2016 23:07
5
๓๓๓☜ Ruhumuz QARABAGLIDIR ☞๓๓๓
Offline
HAPPY_EYES
Her bır ınsana lazımlı xeberdır, tesekkurler
10 avqust 2016 22:51
4
EVERYTHING WILL BE OKEY, IF YOU ARE BE PATIENT!!!!!
Offline
melek_ayka
Allah hec bir anaya bele bir derd qismet etmesin
10 avqust 2016 22:43
3
Bəzi hissLər var ki yaşamağa doya biLməzsən....!
Bəzi hissLərdə var ki doya-doya yaşaya
biLməzsən....!Sən həm yaşamağa
doymadığım,həm də doya-doya
yaşayamadığımsan
Offline
14MsM
Indi. Oglumun qizdirmasi var derman verdi istedim internet vastesi ile axtarim bawqa. Ne etmey olar bu xeber cixdi qarsim xebrcun twk. Hemiwe mende beledi nese isteyende ALLAH CIXARDIR COX WUKUR
10 avqust 2016 22:36
2
Offline
Totu
Təşəkkür xebere görə
10 avqust 2016 22:35
1
Uşaqlarınıza zəngin olmağı deyil, xoşbəxt olmağı öyrədin. Beləcə, həyatları boyunca sahib olduqları şeylərin qiymətini deyil, dəyərini bilirlər.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv