7 təbii ağrıkəsici

Müəllif: arzum-aysum
Şərhlər: 2
Baxılıb: 2 933
Səs ver:
(səs: 0)

1. Zəncəfil kökü.

3 sm kəsilmiş zəncəfil kökünü qaynar suya salıb, 10 dəqiqə gözlədikdən sonra bir az bal əlavə edib içdikdə orqanizmdə olan ağrılar azalır. Xroniki ağrılardan əziyyət çəkənlər yedikləri qidalara zəncəfil töksələr ağrıları azalar. Araşdırmalara görə gün ərzinddə 2 dəfə zəncəfil dəmləməsi içmək revmatizm xəstəliyi zamanı diz və ayaqlarda olan ağrıları aradan qaldırır. Zəncəfil dəmləməsi soyuqlama zamanı bədəndə olan ağrıları azaldır, aybaşı ağrılarını yüngülləşdirir.

7 təbii ağrıkəsici


2. Acı bibər.
Əgər yeməyinizi acılı və ədviyyatlı sevirsinizsə, bundan öz faydanız üçün istifdə edin. Acı bibər baş ağrıları, artrit ağrıları zamanı faydalıdır. Acı bibərin tərkibindəki maddələr beyinə gedən ağrı siqnallarını azaldır. Acı bibərdən ağrıkəsici mazlar, məlhəmlər və losyonlar hazırlanır.

3. Sarıkök.
Sarıkök mədə qıcqırmasından əziyyət çəkən adamlara yardımçı olur. Onun kimyəvi tərkibi anti-enflamatuar iltihab əleyhinə təsir göstərir. Həzmin getməsini zəiflətdiyi üçün sarıkökdən az miqdar istifadə etmək lazımdır.

4. Maqnezium.
Bir çox qida maddələrinin tərkibində maqnezium var. Amma bişirilən zaman o yox olur. Maqnezium orqanizmdə sümük, əzələ və sinir xəstəliklri zamanı faydalıdır. Maqnezium stressi azaltmaqla yanaşı, sümük ağrıları zamanı ağrıkəsici təsir göstərir.

5. Gilas.
Bir boşqab gilas yemək iltihabı azaltmaq qabiliyyətinə malik olduğu üçün iltihab səbəbli ağrıları da aradan qaldırır. Gilasın müalicəvi xüsusiyyəti onun qabığındadır. Belə ki, gilasın qabığında antosiyanin var. Antosiyanin böyürtkəndə, qırmızı üzümdə, çiyələkdə və moruqda da olur.

6. Söyüd qabığı.
Soyüd qabığı təbii aspirindir. Min illərdir söyüdün qabığından ağrlkəsici kimi istifadə edilir. Söyüd qabığında asetil salisil tərkibinə çox bənzəyən salisil maddəsi var. Söyüd qabığı kürək ağrılarında, baş ağrıları zamanı və osteartrit zamanı ideal ağrıkəsicidir. Söyüd qabığı dəmləməsi orqanizmə aspirindən çox, uzun müddətli təsir edir. Qəbul etməzdən əvvəl söyüdə allergiyanın olub olmamasını öyrənmək lazımdır.

7. Ayı pəncəsi.
Ayı pəncəsi dəmləməsi mədə qıcıqırması və qaraciyər xəstəlikləri zamanı çox faydalı olması ilə bərabər, kürək ağrılarının da azalmasına səbəb olur. Bitkinin ağrıkəsici xüsusiyyətə səbəb olması onun tərkibində iridoid qlükozitlərinin olmasıdır.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 933
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri