Nənələrimizin müalicə vasitəsi - KƏLƏM YARPAĞI

Müəllif: arzum-aysum
Şərhlər: 5
Baxılıb: 6 482
Səs ver:
(səs: 1)
Keçmişdə nənələrimiz təbii vasitələrin köməyi ilə çox uğurla müxtəlif xəstəlikləri müalicə edirdilər.

Kələm yarpağı belə müalicəvi vasitələrdən biridir.

Təzə kələm yarpağının köməyi ilə əsasən müxtəlif ağrı və iltihabları müalicə edirdilər.

Belə ki, baş ağrısı zamanı nənələrimiz kələm yarpağını əzib alın nahiyəsinə qoyurdular və bu "kompres"lə uzanırdılar. Bir müddətdən sonra ağrı azalırdı.

Oynaq ağrıları zamanı da kələm kompresindən istifadə olunurdu. Kələm yarpağı bir qədər əzilirdi, üzərinə bal çəkilirdi və ağrıyan yerə qoyulurdu. Belə kompres həm iltihabı, həm də ağrını azaldır. Kompresi yatmazdan əvvəl qoymaq yaxşıdır.

Bal çəkilmiş kələm yarpağı öskürək və bronxit zamanı yatmazdan əvvəl döş qəfəsinə qoyulur.

Qadınlarda menstruasiyadan əvvəl süd vəzilərində ağrı və bərkimə zamanı da kələm kompresi istifadə olunurdu. Həmçinin belə kompres mastit zamanı süd verən anaların döşlərinə qoyulurdu.

Çiban, podaqra zamanı da kələm yarpağı istifadə olunurdu.

Kələm yarpağı gözəllik üçün də geniş istifadə olunurdu. Müxtəlif vitamin və minerallarla zəngin olan kələm yarpağı üz dərisinə maska şəklində qoyulurdu. (İstifadə etdikdən əvvəl yarpaq əzilir ki, şirəsi çıxsın.) Belə təbii kosmetik vasitə dərini çox yaxşı nəmləndirir, ağardır, cavanlaşdırır, daha dartılmış və elastik edir.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 6 482
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri