Qəbizliyin qarşısını alan KİŞMİŞ SUYU

Müəllif: Barbaris
Şərhlər: 2
Baxılıb: 3 511
Səs ver:
(səs: 1)
Kişmiş və kişmiş suyu kaliumla zəngindir. Bu mineral bağırsaqların normal peristaltikasını (hərəkətlilik) təmin edir ki, nəticədə qəbizlik problemi aradan qalxır. Qadinla. com saglamolun.az-a istinadən bildirir ki, müntəzəm olaraq kişmiş suyu içən insan qəbizlik problemi ilə vidalaşa bilər.

Kişmiş suyunun hazırlanması:

Kişmiş suyunu hazırlamaq çox asandır. Bunun üçün 1 ovuc kişmiş təmizlənir, yuyulur, termosa tökülür. Üzərinə 1 stəkan isti su tökün, səhərə qədər saxlayın. Səhər bu suyu için və kişmişi yeyin. Kişmiş suyunu uşaqlara da vermək olar.

Qeyd edək ki, kişmiş suyu qaraciyər və ürək üçün də çox faydalıdır.

Kalium ürək əzələsini möhkəmləndirir, arterial təzyiqin yüksəlməsinin qarşısını alır. Bu səbəbdən hipertoniyadan əziyyət çəkənlər bu sadə və faydalı vasitədən tez-tez istifadə edə bilər.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 3 511
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri