Sidik yolu infeksiyasına qarşı təbii üsullar

Müəllif: YalniZ-ArZu
Şərhlər: 1
Baxılıb: 11 325
Səs ver:
(səs: 1)
Bir çox insanın yaşadığı bir narahatlıq olan sidik yolu infeksiyalarına təbii müalicə üsulları var. Bitki həll ilə sidik yolundakı infeksiyaya səbəb olan bakteriyalardan xilas ola bilərsiniz.

Sidik yolu infeksiyaları qarın ağrısı, ürək bulanması, qusma, sidik edərkən yanma hissi kimi əlamətlər verir. Müalicə edilməsi lazım olan və müxtəlif sağlamlıq problemlərinə səbəb ola biləcək bir problemdir. Böyrəklər üçün risk təşkil edən sidik yolu infeksiyası qısa müddət ərzində müalicə edilməlidir. Sidik yolu infeksiyaları cinsi yolla, sidik sonrası gigiyenanın olmaması kimi səbəblərə bağlı olaraq ortaya çıxa bilər. Təbii üsullar bədəninizdəki bakteriyalar ilə mübarizə etməyinizə dəstək ola bilər ancaq həkiminiz təklif etdiyi müalicə üsullarını tətbiq etməyiniz lazımdır.

Sidik yolu infeksiyasında təbii üsullar

Ananas
Ananasların içində olan antienflamatuar maddəsi bədəndəki bakteriyalar ilə döyüşür. İmmunitet sisteminin gücləndirilməsinə yardımçı olur. Sidik yolu infeksiyalarından şikayətçi olduğunuz dövrlərdə gündə bir stəkan ananas suyu istehlak etməyə diqqət yetirin.

Karbonat
Bir stəkan suyun içinə bir çay qaşığı karbonat əlavə etdikdə alkali su əldə etmiş olarsınız. Bədəninizdəki turşu əsas tarazlığını yerinə yetirdikdə bakteriyalar ilə mübarizə etməyiniz asanlaşmış olar. Hər gün bir stəkan karbonatlı su içmək infeksiya müalicəsındı yardımçı ola bilər.

Çay Ağacı Yağı
Antibakteriyel və antiseptik xüsusiyyətləri saxlayan çay ağacı yağı bir çox infeksiya səbəbli xəstəliyin müalicəsində yardımçı olaraq istifadə edilir. Ardıc yağı və çay ağacı yağlarını eyni miqdarda qarışdırın və sidik kisəsi bölgənizə masaj edərək tətbiq edin. Bu dəri səthindəki infeksiyalarla mübarizə etməyinizi asanlaşdıracaq.

Alma Sirkəsi
Bakteriyalar ilə mübarizə etmək üçün ən çox istifadə olunan üsullardan biridir. Orqanizminizdə infeksiya olduğu dövrdə bir stəkan suyun içinə bir xörək qaşığı saf alma sirkəsi əlavə edin və için. Saf alma sirkəsi bakteriyaların çoxalmasına mane olacaqdır.

Su
Bakteriyaların çoxalmasını əngəlləmək və sidik yollarının təmizlənməsini təmin etmək üçün gündə ən azı 2.5 litr su içməniz lazımdır. Toksinlərin və infeksiyaya səbəb olan bakteriyaların bədəndən atılmasını asanlaşdıracaqdır.
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 11 325
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri