Allergiya ilə soyuqdəyməni necə ayırd edək?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 6
Baxılıb: 2 528
Səs ver:
(səs: 0)
Yazın gəlişi ilə bir çox insanlarda allergiyanın əlamətləri meydana çıxır - zökəm, asqırma, öskürək, qözlərin, burunun qaşınması və s. Bəzən insanlar allergiyanın əlamətlərini soyuqdəymə kimi qiymətləndirərək lazım olmayan və effektsiz müalicələrə əl atır.

Əslində allergiyanı soyuqdəymədən ayırd etmək kifayət qədər asandır.

1. Soyuqdəymə zamanı insanda hərarət qalxır, allergiya zamanı isə yox.

2. Soyuqdəymənin əlamətləri bütün gün ərzində özünü göstərir, allergiya zamanı isə simptomlar çölə çıxanda və çöldən evə qayıdandan sonra daha da kəskinləşir.

3. Soyuqdəymə zamanı öskürək nəm olur, allergiya zamanı isə əksinə quru.

4. Allergiya zamanı boğazda güclü qaşınma hiss olur, soyuqdəymə zamanı yox.

5. Soyuqdəymə zamanı intoksikasiya əlamətləri meydana çıxır: ümumi zəiflik, iştahasızlıq, ürəkbulanması, tərləmənin artması, əzələlərdə və oynaqlarda ağrılar və s. Allergiya zamanı belə simptomlar olmur.

6. Allergiyadan əziyyət çəkən insanın üzü yuxulu görünür, ağzı, demək olar, daim yarıaçıq qalır, gözlərin altında tünd kölgələr əmələ gəlir.

7. Allergiya zamanı insanın burnundan çoxlu duru şəffaf selik axır. Soyuqdəymə zamanı selik daha qatı olur, sarı və ya yaşılımtıl rəngdə olur.

8. Allergiya zamanı gözlər qızarır, güclü qaşınır. Soyuqdəyməyə bu simptom xas deyil.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 2 528
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri