İnsanlar qorxduqda dil niyə tutulur?

Müəllif: Onun_Mələyi
Şərhlər: 5
Baxılıb: 2 966
Səs ver:
(səs: 1)
Dil tutulması bəzi insanlarda yalnız bir neçə saniyə, bəzi hallarda isə bir neçə dəqiqə çəkir. Bəzi dil tutulması hadisələrində isə problem qalıcı ola bilir. Buradakı ən əhəmiyyətli faktor bədənin özünü kilidləməsidir. Bu tip vəziyyətlərdə mütləq psixoloji dəstək almaq şərt kimi göstərilir. Dil tutulmasının müalicəsinə gəlincə, psixoloq Dəyanət Rzayev bunun müalicəsinin falçı, ekstrasens yanında yox, psixoloq yanında mümkün olduğunu dedi: "Bu, sırf psixoloji faktordur. Müəyyən ruhi xəstəliklər nəticəsində insan daxili aləminə gedir. Buna autizim deyilir. Özünə qapanır və danışmır. Hər şeyi eşidir, anlayır, sadəcə olaraq, danışmır. Şüuraltı bir proses baş verir. Amma sağlam insanlarda da müəyyən stress nəticəsində dil tutula bilir. Bu, orqanizmin müdafiə mexanizmləridir. Orqanizm özü muxtar formada fəaliyyətgöstərir. Ola bilər ki, emosional gərginlikdə insanın dili tutulur. Çünki həmin emosional vəziyyətdə ona danışmamaq lazımdır. Əgər qorxudan, stressdən dili tutulan adam yaxşı psixoterapevtin yanına getsə, təbii ki, dərman təyin olunacaq və dili açılacaq. Bu cür hallarla tez-tez rastlaşmışıq. Buhal insan gərginlik, stress keçirəndə baş verir. Ancaq dil tutulması daha çox qorxu nəticəsində baş verir. Əgər dili tutulan insan əvvəllər danışıbsa, onun dili mütləq açılır. Stress orqanizmin ümumi adaptasiya sindromudur. Dili tutulan adamın üzərində psixoloq iş aparmaqla və düzgün müalicə etməklə həmin insanın dili açılacaq. Burada qorxulu və təhlükəli bir şey yoxdur. Psixiatrın məqsədyönlü dərmanlar tərtib etməsi ilə bu problem qısa zamanda aradan qaldırılır". Tibb elmləri doktoru, professor Adil Qeybulla da dil tutulmanın stress nəticəsində baş verən bir hadisə olduğunu dedi: "İnsanın danışıq, nitq qabiliyyəti çox incə mexanizmlərlə idarəolunur. Hansısa stressdən, ağır xəstəlikdən bəzən xəstələrin dilində kəkələmə, rabitəsizlik və nitqin digər pozuntuları baş verə bilər. Ona görə də bu sahə, yəni beynin bu hissəsi daha çox təsirə məruz qala bilir. Stress zamanı dil tutulmasından başqa göz tutulması, qulaq pozulması, yəni eşitmə qabiliyyətinin itməsi və digər hadisələr də baş verə bilər. Bu beyində idarə olunan mərkəzlərdən asılıdır. Beyində emosional motivasiyaların idarə olunduğu yer var. Bu özü xəstələrdə həddən artıq depressiyada nevrozlara və sairəyə gətirib çıxarır. Yəni bütün bunların hamısı keçirilmiş stressin qalıq əlaməti hesab edilə bilər. Bu cür stresslər, müvəqqəti baş verən həmin epizodlar müəyyən bir müalicə, beynin sakitləşməsi nəticəsində keçib gedir. Hesab edirəm ki, bu situasiyadan daha çox asılıdır. Əgər bu hansısa bir funksiyanın pozulması, dil tutulması və sairə beyində həm də digər patologiyalarla müştərək baş verirsə, əlbəttə, onun müalicəsi xeyli ağırlaşmış olur".
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 2 966
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri