Uşaqda qulaq ağrısı

Müəllif: _Gunay_
Şərhlər: 4
Baxılıb: 3 553
Səs ver:
(səs: 1)
Uşaqlarda qulaq ağrısı heç də nadir hal deyil, və valideynlərin çox az qismi deyə bilər ki, bu problem onlardan yan keçib. Əksər hallarda qulaq ağrısı balaca uşaqlarda müşahidə edilir, bu da uşaq qulağının quruluşunun xüsusiyyətləri ilə bağlıdır. Böyüklər bu problemlə nadir hallarda üzləşirlər. Çox vaxt qulaq ağrısı qəflətən başlayır, bu ya axşama doğru, ya da gecə baş verə bilər. Anaları ən çox narahat edən isə ağrının südəmər körpələrdə olmasıdır, çünki bir qədər iri uşaqlar ağrıyan yeri dəqiq göstərə bilirlər. Bəs körpənin məhz qulağının ağrımasını necə müəyyən etmək olar? Və uşağın qulağı ağrayırsa nə etmək olar? Əslində bu çox da qorxulu hal deyil, əsas təlaşa düşməməkdir. Uşaqda qulaq ağrısını necə müəyyən etmək olar? Bunun üçün xarici qulaq girəcəyinin qabağında olan üçbucaq şəklində çıxıntıya bir qədər basmaq kifayətdir
Əgər körpə buna heç cür reaksiya vermirsə, çox güman ki, onun qulaqları ağrımır, və narahatçılığa səbəb başqa şeydədir. Əgər uşağın qulağı ağrayırsa, o, sizin toxunuşunuza dərhal ağlamaqla, qışqırmaqla və ya səksənərək reaksiya verir. Bundan əlavə, körpə qulaqlarını əlləşdirə və ya daima qulaqlarını əlləri ilə tuta bilər. Bəzən uşaq orqanizmi qulaq ağrısına müxtəlif reaksiya verir.

Uşaqda qulaq ağrısının əsas əlamətləri:
• Hərarətin qalxması
• Tez qıcıqlanma, əsəbilik və narahatçılıq
• Yuxunun pozulması
• Qulaq kanalından ifrazatlar, çirkin axması
• Burundan seliyin axması

Əksər hallarda uşaq halsız olur, yeməkdən imtina edə bilər, çünki qidanı udmaq (və ya süd əmmək) əlavə ağrı verir. Bu əlamətlərdən birini müşahidə edirsinizsə, mütləq həkimə müraciət edin, qulaqdan ifrazat axdıqda isə - təcili yardım çağırın. Qulaqda ağrının səbəbi Qulaqda ağrının dəqiq səbəbini bilmək üçün mütləq həkimə müraciət etmək lazımdır. O, düzgün diaqnoz və müvafiq müalicə təyin edəcəkdir.

Qulaqda ağrının səbəbləri müxtəlif ola bilər:
• Qulağa suyun düşməsi
• Qulağa yad cismin düşməsi
• Virus infeksiyası və ya tam müalicə olunmamış soyuqdəymə
• Otit
• Qulaqda ağrı ilə müşayiət edilən digər xəstəliklər.

Məsələn, angina, parotit (svinka), diş ağrısı. Uşaqda qulaq ağrısına qarşı nə etmək olar? Müalicəni mütləq həkim təyin etməlidir. Unutmayın ki, qulaqlar yalnız eşitmə qabiliyyətinə deyil, həm də uşağın nitqinin inkişafına görə cavabdehdirlər. Lakin ağrı elə vaxt başlaya bilər ki, məsələn gecə, həmin an həkimə müraciət etmək mümkün deyil, uşaq isə ağrıdan qışqırıb ağlayır. Bu halda körpəni sakitləşdirmək üçün çox vaxt qulağa bor spirti damcılayırlar. Lakin bunu yalnız uşağın qulağında ağrının mexaniki zədələnmə nəticəsində əmələ gəlmədiyinə əmin olduqda etmək olar. Məsələn, dənizdə dincəldikdə uşağın qulaqları ağrısa, çox güman ki, qulağa ya su düşüb, ya da küləklə soyuq dəyib. Bu halda əldə bor spirtindən başqa heç nə yoxdursa, istifadə etmək olar. Ağrının dəqiq səbəbini bilmədən qulağa heç nə damcılamaq tövsiyə edilmir, çünki siz əmin ola bilmərsiniz ki, qulaq pərdəsi zədələnib ya yox. Buna görə də vəziyyətin kəskinləşməsi riski mövcuddur. Həkimlər bor spirtini qulaq üçün damcılarla əvəz etməyi məsləhət görürlər. Alternativ variant kimi isdici kompresdən istifadə etmək olar. Lakin qulağı isitmək də bəzən təhlükəli ola bilər. Bunu hərarətin yüksək olduğu və ifrazatların axdığı halda qətiyyən etmək olmaz. Quru kompress Təmiz pampıq parça bir neçə qat bükülür, qulaq seyvanı üçün kəsik edilir. Parça qulaq nahiyəsinə qoyulur, qulaq seyvanı parçadakı kəsikdən çıxardılır. Arasına pampıq qoyulmuş bir neçə əlavə qat parça qulağın üzərinə qoyulur, bundan sonra kompress bintlə sarılır. Yaş kompress Yaş kompress üçün də eyni üsulla parça hazırlanır, təxminən 40 dərəcəyə qədər isidilmiş maye ilə isladılır (araq və ya yarıbayarı su ilə qarışdırılmış spirt (bor spirti istifadə etmək olar), bitki və ya vazelin yağı, dimeksid məhlulu). İsladılmış parça bir qədər sıxılır, qulaq nahiyəsinə qoyulur, üzərinə bir qat polietilen qoyulur və bint və ya şərfla sarılır. Şərflə sarıldıqda isti daha uzun müddət qalacaq. Qulaq ətrafı dəri qıcıqlanmasın deyə əvvəlcə vazelin və ya yağlı krem çəkmək yaxşı olar.

Həkim qulaq damcısı təyin edirsə, dərman şüşəsini əvvəlcə isti suya salıb isidin. İstifadə etmədən əvvəl biləyinizə damcılayıb yoxlayın ki, dərman qaynar olmasın. Yadda saxlayın ki, hətta bir qulaq ağrıdıqda belə dərmanı hər ikisinə damcılamaq lazımdır. Əvvəl sağlam qulağa, sonra isə ağrıyan qulağa damcılayın və onları pambıq tamponla bağlayın. Dərmanı damcılamaq üçün uşağı yan üstə uzadın, sırğalığı yavaşca dartın və pipetlə damcılayın. Qulaq ağrılarının profilaktikası 80% uşaqlar üç yaşa qədər heç olmasa bir dəfə qulaq ağrısından əziyyət çəkir. Lakin qabaqlayıcı tədbirlərini də nəzərə almamaq olmaz. Uşağı çimizdirdikdən sonra qulaqlarını yaxşı qurulayın, kəskin respirator virus infeksiyasını başlı-başına buraxmayın və diqqət edin ki, qulaqlara soyuq külək dəyməsin. Uşağın qulağının ağrıyıb ağrımaması əksər hallarda valideynlərin diqqəti və qayğısından asılıdır. Ehtiyatlı olun! Vacibdir Soyuq havada uşağa papaqsız gəzməyə icazə verməyin. Uşağın başına soyuq olacaq, burnu axacaq və qulaqları ağrıya bilər. Uşağın qulağını bir həftə - həftə yarımda bir dəfədən tez-tez təmizləmək məsləhət deyil, qulaqda əmələ gələn kükürd onu iltihabdan qoruyur. Valideynlər avtomobildə qabaqda oturub pəncərəni açdıqda külək arxada oturan uşağın qulağına vurur, bunu unutmayın. Ağrıyan qulağı müalicə edər-etməz uşağı hovuza aparmayın, 4-5 həftə gözləyin. Uşaq tez-tez xəstələnirsə, onu qışdan yaya dincəlməyə tez-tez aparmayın. Temperaturun kəskin dəyişməsi səbəbi ilə orqanizm buna öyrəşməyə məcbur olur, immunitet zəifləyir və xəstəlik özünü çox gözlətmir.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 3 553
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri