Ozonoterapiya

Müəllif: YalniZ-ArZu
Şərhlər: 6
Baxılıb: 3 909
Səs ver:
(səs: 0)
Ozonoterapiya nədir?
Müasir təbabətdə xəstəliklərin müalicəsi və qarşısının alınması, orqanizmin həyat gücünün yüksəldilməsi məqsədi ilə daim effektiv, təhlükəsiz və yeni müalicə metodlarının axtarışları aparılır. Belə proqressiv müalicə metodlarından biri də ozonoterapiyadır.

Təbii, dərmansız, fizioterapevtik müalicə metodu olaraq, ozonoterapiya nəinki xəstəliklərin malicəsinə şərait yaradır, eləcə də, orqanizmin ümumi statusunu yaxşılaşdırır, dərman müalicəsinin təsirini tamamlayır, ən əsası, xəstəliklərin qarşısının alınmasına, orqanizmin sağlamlaşmasına və cavanlaşmasına, vaxtından əvvəl qocalmanın qarşısının alınmasına xidmət göstərir.

Ozon oksigen qarışığını qana yeritdikdə orqanizmin bir sıra kaskad biokimyəvi proseslərinin işə salınması və ya aktivləşməsi baş verir. Buna görə də ozon-oksigen qarışığını qəbul edən insan güc, enerji gəlişi hiss edir, yorğunluq gümrahlıq hissi ilə əvəz olunur. Bu hal ildırımlı, yağışlı havadan sonra meşədə gəzən hər kəsə məlumdur .Təmizlik, yüngüllük, təravətlilik hissini havada olan ozon molekulları yaradır.

Ozon necə təsir göstərir?
Ozon molekulları hüceyrə və toxumalara seçici təsir göstərir, orqanizmin orqan və toxumalarını zədələmir, əksinə olaraq, onları enerji ilə təmin edir. Orqanizmdə normada həll olunmuş ozon var, buna görə də onun terapevtik dozalarda istifadəsi tam təhlükəsizdir.

Ozonun müalicəvi təsiri
Ozonun terapevtik dozaları insan orqanizminə geniş diapozonlu müalicəvi təsir göstərir:
– Mərkəzi və periferik qan dövranı, mikrosirkulyasiya yaxşılaşır; damar divarlarının elastikliyi bərpa olur; eritrositlərin deformasiya qabiliyyəti artır, adqeziv (yapışma) xüsusiyyəti zəifləyir və onların kapilyarlara keçməsi yaxşılaşır; qanın oksigen daşıma xüsusiyyəti yaxşılaşır; qanın qatılığı azalır; qan yaranma stimullaşır.
– Orqan və toxumalara antihipoksik təsir göstərir (oksigenin hüceyrələrə çatdırılması və onun utilizasiya prosesləri yaxşılaşır).

Ozonun iştirakı ilə eritrositlər oksigeni 10 dəfə çox özünə birləşdirə və daşıya bilir, buna görə də ozonoterapiyadan sonra qanın rəngi al-qırmızıya doğru dəyişir.

– Qanın detoksikasion (zərərli birləşmələrdən təmizlənmə) potensialı qalxır.
– İltihab əleyhinə təsir göstərir; ümumi və yerli müdafiə sistemlərini (immuniteti) stimullaşdırır, orqanizmin şiş əleyhinə rezistentliyini artırır.
– Bütün növ bakteriyalara, viruslara,göbələklərə və ibtidailərə məhvedici təsir göstərir.

Ozonoterapiya xəstəliklərin müalicəsi kimi
Ozonoterapiyadan təbabətin bütün sahələrində bir çox xəstəliklərin və patoloji halların müalicəsində istifadə olunur; allergiyalar, şəkərli diabet, bronxit və astma, revmatizm, qaraciyər, mədə və bağırsaq xəstəlikləri, ürəyin işemik xəstəliyi, hipertoniya, ateroskleroz, qan dövranı pozğunluğu xəstəlikləri, xroniki yorğunluq, zəifləmiş immunitet, depresiya, yaddaş və diqqət pozğunluğu, osteoxondroz və yırtıqlar, miqren, LOR və göz xəstəlikləri, cərrahi xəstəliklər, travmalar və s.

Hamiləlik zamanı ozonoterapiya
Ozonoterapiya hamilələrin əhvalını tez bir zamanda yaxşılaşdırır; iştaha artır, yuxu normallaşır, təngənəfəslik və oyanıqlıq azalır. Hamilələrdə anemiyanın, toksikozların, xroniki infeksiyaların, düşük təhlükəsinin, dölün inkişafdan qalmasının klinik gedişinə müsbət təsir göstərir. Yenidoğulmuş uşaqların ətraf mühitə adaptasiyasını yaxşılaşdırır, analarda laktasiyanı artırır.

Ozonoterapiyanın metodları
Xəstəlikdən asılı olaraq, ozonoterapiyanın müxtəlif metodlarından istifadə edilir. Əsasən, ozonlaşdırılmış fizioloji məhlulun vena daxilinə yeridilməsi metodu geniş istifadə olunur. Müalicə məqsədi ilə sistem təsirə malik böyük və kiçik ozonohemoterapiyadan da istifadə edilir.

Bundan əlavə, ozon-oksigen qarışığını dərialtı, əzələdaxili, rektal, vaginal, oynaqdaxili və oynaqətrafı, ozon kameraları şəklində dəriüstü (bağlı mühitdə qazlaşdırma), materialları (distillə edilmiş su, bitki yağı) ozonlaşdırmaqla xaricə və daxilə istifadə etmək olar.

Ozonoterapiyanın müalicəvi effekt yaratması üçün hər xəstəyə fərdi olaraq (çəkidən, yaşdan, xəstəliyin dövründən asılı olaraq) müalicə sxemi və ozonun verilmə konsentrasiyası təyin olunur. Hər bir müalicə metodunda olduğu kimi, ozonoterapiyanın da göstəriş və əksgöstərişləri var.

Plazmaferez və ozonoterapiya prosedurları yanaşı aparıldıqda müalicəvi təsir daha effektli olur.

Əgər sizin də yuxarıda sadalanan şikayətləriniz varsa "Efferent Terapiya" mərkəzinə müraciət edə bilərsiniz.
Onu da qeyd edək ki, ilk dəfə 1998-ci ildə membranlı plazmaferez metodunu 18 il Leninqrad-Sankt Peterburq kliniki xəstəxanalarında çalışmış tibb üzəri fəlsəfə doktoru, həkim anestizioloq-reanimatoloq B.Ə.Hüseynovun rəhbərliyi altında Azərbaycan Respublikasının müxtəlif bölgələrində tətbiq olunmuşdur.

Ünvan: Biləcəri, R.İsmayılov küç. 5025
Telefon: ​(+994 12) 406-77-47 ; (+994 50) 476-81-55 ; (+994 50) 758-64-50 ; (+994 70) 535-70-50
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 3 909
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri